Ermənistanın Rusiyadakı səfiri Paşinyanı müşayiət etməyəcək
15:34 DünyaErmənistanın Rusiyadakı yeni səfiri Samvel Mkrtçyan Ermənistan Baş naziri Nikol Paşinyanın dekabr ayına Rusiyaya planlaşdırılan üç səfəri zamanı onu müşayiət edə bilməyəcək.
Bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, əvvəlki səfir Qurgen Arsenyan artıq geri çağırılıb, lakin Rusiya tərəfi hələlik Samvel Mkrtçyanın etimadnaməsini qəbul etməyib.
"Hraparak" qeyd edir ki, bu prosedur bir neçə ay çəkə bilər. Qəzetin qiymətləndirməsinə görə, səfirin dəyişdirilməsi prosesini yanvar ayına qədər təxirə salmaqla belə bir vəziyyətin qarşısını almaq mümkün olardı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00