Badamdarda sürüşmə təhlükəsi: Riskli zonadakı evlərin taleyi necə olacaq?
19:00 SosialElnur Azadov: "Riskli zonadakı evlər sökülə və sahiblərinə kompensasiya verilə bilər"
Paytaxtın Badamdar qəsəbəsində sürüşmə prosesinin aktivləşməsi, torpaq qatında baş verən hərəkətlilik və yaşayış evlərinin divarlarında yaranan çatlar ərazidə yaşayan sakinlərin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Xüsusilə yaşayış evlərinin sürüşmə zonasına yaxın yerləşməsi, torpağın hərəkətinin davam etməsi və mümkün təhlükənin miqyası məsələyə daha ciddi yanaşılmasını zəruri edir. Xatırladaq ki, bir gün öncə Badamdar-20-ci sahə ərazisində sürüşmə hadisəsi baş verib. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin verdiyi məlumata görə, sürüşmə sahəsində çatlar genişlənib. Bu isə ərazidəki vəziyyətin diqqətlə izlənilməsini və mümkün fəsadların qiymətləndirilməsini aktuallaşdırır. Sürüşmə təhlükəsi yalnız sakinlərin gündəlik həyatına və yaşayış şəraitinə təsir göstərməklə məhdudlaşmır. Belə hadisələr ərazidə yerləşən daşınmaz əmlakın bazar dəyəri, alqı-satqı imkanları və gələcək investisiya perspektivləri baxımından da ciddi suallar yaradır. Torpaq qatında hərəkətliliyin müşahidə olunduğu ərazilərdə yerləşən evlərin qiymətləndirilməsi zamanı mövcud vəziyyətin və mümkün risklərin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, sürüşmə təhlükəsi ilə üzləşən əmlakın alqı-satqısı zamanı tərəflərin hansı hüquqi və maliyyə riskləri ilə qarşılaşa biləcəyi də diqqət mərkəzindədir. Digər tərəfdən, sürüşmə nəticəsində yaşayış evlərinə ziyan dəydiyi halda sakinlərin maddi itkilərinin hansı qaydada qarşılanacağı, bu prosesdə sığorta mexanizmlərinin hansı imkanlara malik olduğu və əmlakın sığortalanması zamanı hansı şərtlərin nəzərə alınmalı olduğu məsələləri də aktuallıq qazanır. Belə vəziyyətlərdə daşınmaz əmlakın real dəyərinin müəyyənləşdirilməsi, risklərin düzgün qiymətləndirilməsi və mümkün zərərlərin maliyyə baxımından necə qarşılanacağının aydınlaşdırılması həm əmlak sahibləri, həm də potensial alıcılar üçün mühüm əhəmiyyət kəsb edir.
Bəs Badamdarda sürüşmə prosesinin aktivləşməsi ərazidəki yaşayış evlərinin bazar dəyərinə necə təsir göstərə bilər? Sürüşmə riski olan ərazilərdə yerləşən evlərin alqı-satqısı zamanı hansı hüquqi və maliyyə riskləri mövcuddur? Sürüşmə nəticəsində əmlaka ziyan dəydikdə, sakinlərin maddi zərərinin ödənilməsi hansı mexanizmlərlə həyata keçirilə bilər? Həmçinin, belə ərazilərdə yerləşən evlərin qiymətləndirilməsi və sığortalanması zamanı hansı amillər əsas götürülməlidir?
Sözügedən məsələ ilə bağlı Olaylar.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bu, kifayət qədər maraqlı və eyni zamanda ciddi müzakirə tələb edən mövzudur. Söhbət riskli zonada yerləşən yaşayış evlərindən, həmin evlərin sığortalanmasından və mümkün təhlükələr yarandığı təqdirdə vətəndaşların hüquqlarının necə təmin olunmasından gedir. Burada əsas diqqət yetirilməli məqamlardan biri belə evlərin sığortalanması məsələsidir. Hesab edirəm ki, bu istiqamətdə ölkəmizdə mövcud olan sığorta qanunvericiliyinin imkanlarından istifadə edilməli, riskli ərazilərdə yerləşən yaşayış evlərinin sığortalanması məsələsinə qanunvericiliyin dəstəyi ilə yanaşılmalıdır. Çünki belə ərazilərdə yerləşən evlər müxtəlif risklərlə üzləşə bilər və bu risklərin nəticəsində vətəndaşlara ciddi maddi ziyan dəyə bilər. Belə olan halda, sığorta mexanizminin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Sığortanın əsas məqsədlərindən biri də məhz bu kimi hallarda vətəndaşlara dəymiş zərərin kompensasiya olunmasıdır. Yəni hər hansı hadisə baş verdikdə və yaşayış evinə ziyan dəydikdə, sığorta mexanizmi vasitəsilə həmin zərərin qarşılanması məsələsi gündəmə gəlir. Bu baxımdan, riskli zonalarda yerləşən evlərin sığortalanması və bu istiqamətdə müvafiq mexanizmlərin tətbiqi vətəndaşların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Digər hallarda isə məsələ bir qədər fərqli yanaşma tələb edir. Təbii fəlakət baş verdikdə, müvafiq dövlət qurumlarının müəyyən rəyləri əsasında qeydiyyat aparılmalıdır. Yəni bu kimi hadisələr zamanı dəymiş zərərin müəyyənləşdirilməsi və müvafiq tədbirlərin görülməsi dövlət qurumlarının rəyləri əsasında həyata keçirilməlidir. Burada əsas məqam hadisənin nəticələrinin düzgün qiymətləndirilməsi və vətəndaşların hüquqlarının təmin olunmasıdır. Sözsüz ki, belə hallarda dövlət dəymiş zərərin aradan qaldırılmasını təmin etməlidir. Çünki söhbət vətəndaşların yaşayış evlərindən, onların əmlakından və həmin əmlaka dəymiş zərərin kompensasiya olunmasından gedir. Təbii fəlakət nəticəsində yaranan zərərin aradan qaldırılması məsələsində dövlətin müvafiq tədbirlər görməsi vacibdir. Bu baxımdan, həm sığorta mexanizminin tətbiqi, həm də təbii fəlakət zamanı dövlət qurumlarının rəyləri əsasında həyata keçirilən tədbirlər vətəndaşların hüquqlarının təmin olunmasına xidmət edir.
Ekspertin sözlərinə görə, hər iki yanaşmanın əsas məqsədi eynidir. İstər sığorta mexanizminin tətbiqi, istərsə də təbii fəlakət nəticəsində dəymiş zərərin dövlət tərəfindən aradan qaldırılması vətəndaşların hüquqlarının qorunmasına yönəlib. Burada əsas məsələ vətəndaşların üzləşdikləri problemlərin həll olunması, onların əmlakına dəymiş zərərin kompensasiya edilməsi və hüquqlarının təmin olunmasıdır. Badamdar ərazisində yerləşən evlərin sənədləşməsi məsələsinə gəldikdə isə, bildiyim qədərilə, həmin ərazidə faktiki olaraq inşa edilmiş evlərin əksəriyyətinin sənədləri var. Bu məsələyə yanaşarkən Badamdar ərazisinin müxtəlif hissələrini bir-birindən fərqləndirmək lazımdır. Çünki ərazinin bütün hissələrində evlərin tikintisi və sənədləşməsi ilə bağlı vəziyyət eyni deyil. Məsələn, 20-ci sahəyə düşən ərazidə əvvəllər daha çox fərdi tikililər mövcud idi. Doğrudur, həmin ərazidə özbaşına tikilmiş evlər çoxdur. Bu baxımdan, Badamdarın ayrı-ayrı hissələrində yerləşən evlərin sənədləşməsi məsələsinə eyni şəkildə yanaşmaq düzgün olmazdı. Burada ərazinin konkret hansı hissəsindən söhbət getdiyi də nəzərə alınmalıdır. Lakin Badamdarın üst hissəsində yerləşən evlərlə bağlı vəziyyət fərqlidir. Həmin ərazidə vətəndaşların hüquqlarını təsdiq edən sənədləri olan yaşayış evləri kifayət qədər çoxdur. Bildiyim qədərilə, bu evlərin əksəriyyətinin sənədləri mövcuddur. Hətta ola bilsin ki, həmin ərazidə yerləşən evlərin hamısının sənədləri var. Bu səbəbdən də Badamdarın üst hissəsində yerləşən evlərin gələcəyi ilə bağlı məsələlərə baxılarkən onların sənədləşmə vəziyyəti də diqqətdə saxlanılmalıdır.
E. Azadov qeyd edib ki, burada qarşıya çıxan əsas suallardan biri həmin evlərin gələcəyinin necə olacağıdır. Sürüşmə prosesi dayanacaqmı və bu evlərin bərpası məsələsi gündəmə gətiriləcəkmi? Yəni hazırda riskli vəziyyətdə olan həmin yaşayış evlərinin gələcəkdə yenidən bərpa olunması mümkün olacaqmı? Bu, məsələnin ən vacib tərəflərindən biridir. Çünki burada söhbət təkcə sürüşmə prosesinin dayanmasından deyil, həm də həmin ərazidə yerləşən evlərin gələcək taleyindən gedir. Əgər sürüşmə prosesi dayanarsa, həmin evlərin bərpası məsələsinin gündəmə gətirilməsi mümkündürmü? Yoxsa mövcud vəziyyət onların bərpasına imkan verməyəcək? Bu sualların cavabı ərazidəki vəziyyətin necə qiymətləndirilməsindən asılıdır. Əsas məsələ həmin evlərin bərpasının mümkün olub-olmamasıdır. Əgər bərpa mümkün olarsa, bu məsələnin gündəmə gətirilməsi və müvafiq tədbirlərin görülməsi nəzərdən keçirilə bilər. Amma əgər müvafiq dövlət qurumları tərəfindən həmin evlərin yerləşdiyi ərazi artıq riskli zona kimi qiymətləndirilərsə və evlərin bərpasının mümkün olmadığı müəyyən edilərsə, bu zaman başqa bir yanaşma tətbiq olunmalıdır. Belə vəziyyətdə həmin evlərdə yaşayan vətəndaşların hüquqları nəzərə alınmalı, onların əmlakına dəymiş zərərin kompensasiya olunması məsələsi həll edilməlidir. Hesab edirəm ki, belə hallarda vətəndaşlara birdəfəlik kompensasiya ödənilməsi məsələsi gündəmə gətirilməlidir. Əgər ərazinin riskli olması səbəbindən həmin yaşayış evlərinin bərpası mümkün deyilsə, vətəndaşların bu vəziyyətdə qalması düzgün olmaz. Onların əmlakına dəymiş zərərin qarşılanması və hüquqlarının təmin olunması istiqamətində müvafiq addımlar atılmalıdır. Eyni zamanda, həmin yaşayış evlərinin sökülməsi və ərazidə müvafiq tədbirlərin həyata keçirilməsi məsələsi də nəzərdən keçirilməlidir. Yəni əgər dövlət qurumlarının rəyi əsasında həmin ərazinin riskli olduğu müəyyən edilərsə və evlərin bərpası mümkün olmazsa, bu zaman yaşayış evlərinin sökülməsi və ərazidə müvafiq tədbirlərin görülməsi vacib məsələlərdən biri kimi qarşıya çıxır. Burada əsas məqsəd vətəndaşların hüquqlarının təmin olunması, onların əmlakına dəymiş zərərin kompensasiya edilməsi və riskli ərazidə yerləşən yaşayış evlərinin gələcəyi ilə bağlı məsələlərin həllidir. Ona görə də bu məsələyə yanaşarkən həm evlərin sənədləşmə vəziyyəti, həm sürüşmə prosesinin dayanması və bərpa imkanları, həm də ərazinin riskli zona kimi qiymətləndirilməsi nəzərə alınmalıdır.
Səidə Ramazanova