Şok kadrlar: 18 İŞİD terrorçusu edam olundu - VİDEO
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Liviyadakı bölməsinin 18 mənsubunun edam videosu yayılıb. Edam olunanlar Liviya Milli Ordusunun Benqazi şəhərində əsir aldıqları terrorçulardır. Liviya Milli Ordusunun komandanı Həlifə Həftarın qoşunları Benqazini İŞİD terrorçularından tam azad edib.
25 İyul 2017 14:25 Dünya"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Liviyadakı bölməsinin 18 mənsubunun edam videosu yayılıb. Edam olunanlar Liviya Milli Ordusunun Benqazi şəhərində əsir aldıqları terrorçulardır. Liviya Milli Ordusunun komandanı Həlifə Həftarın qoşunları Benqazini İŞİD terrorçularından tam azad edib.
Edam prosesinə Liviya Ordusunun Xüsusi Təyinatlı Qoşunlarının komandanı Mahmud əl Verfəlli rəhbərlik edib. Həlifə Həftarın göstərişi ilə may ayında 12 polisin edam edilməsi ilə bağlı məlumatı sosial şəbəkələrdə yaydığına görə liviyalı hüquq müdafiəçisi də öldürülüb. H.Həftar Liviyada insan haqlarının kütləvi şəkildə pozulmasında və edamlarda suçlanır. Buna rəğmən onu Misir və Birləşmiş Ərəb Əmirlikləri ilə bahəm, Qərb dəstəkləyir. Milli.Az Daily Mail-ə istinadən xəbər verir.