Gündəm
Beş nəfərlik azərbaycanlı ailəsinin yanaraq ölməsi ilə bağlı cinayət işi açıldı
İyulun 24-də Rusiyanın Krasnoyarsk diyarının Suxobuzimsk rayonunda 5 nəfərdən ibarət azərbaycanlı ailəsinin yanaraq ölməsi ilə bağlı Federal İstintaq Komitəsinin Regional İdarəsi tərəfindən cinayət işi başlanıb.
Ərdoğan müsəlmanlara müraciət etdi: "İmkanı olan hər kəs bir nəfər kimi..."
Ak Parti-nin iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlmanlara müraciət ünvanlayıb. Partiyanın TBMM-dəki Qrup İclasında danışan Ərdoğan "Buradan bütün vətəndaşlarıma və bütün müsəlmanlara müraciət edirəm. İmkanı olan hər kəs, lütfən, Qüdsü Məscidi-Aksanı ziyarət etsin. Gedə bilməyənlər də oradakı qardaşlarımıza kömək etsinlər" , - deyib.
Ali məktəbələrə II və III qruplar üzrə qəbul planı və dövlət sifarişli yerlərin sayı məlum olub
2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin II və III ixtisas qruplarına Azərbaycan və rus bölmələri, habelə hər iki bölmənin birgə müsabiqəsi üzrə qəbul planı və dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı məlum olub.
Bakıda ölümlə nəticələnən qəza törədən olimpiya çempionu barəsində cinayət işi başlanıb
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina barəsində cinayət işi başlanılıb. Faktla bağlı Yasamal rayon Polis idarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, ekspertiza təyin edilib. L. Şubina barəsində hansı qərarın veriləcəyi ekspertiza rəyindən sonra məlum olacaq.
Azərbaycanlı müəlliflərin kitabı Gürcüstanda
Tbilisidə M.F. Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan-Gürcüstan dostluğu günləri” layihəsi çərçivəsində iki kitabın təqdimatı keçirilib. Təqdim olunan kitablar Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun gürcü dilində nəşr olunmuş “Azərbaycan xalqının tarixi bioqrafiyası” və jurnalist, şair Dəyanət Osmanlının tərtib etdiyi “Azərbaycan-Gürcüstan: Dostluğun inkişaf yolu” kitablarıdır. Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, azərbaycanlı və gürcü ziyalılar iştirak ediblər.
Ayaz Mütəllibovun sabiq mətbuat katibinin məhkəməsində zərərçəkmişlər ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor Fətişoğlunun (İbrahimov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib.
Almaniyalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda
Azərbaycanda səfərdə olan Almaniyanın Kristian Albreht adına Kil Universitetinin Tarixəqədərki arxeologiya bölməsinin rəhbəri, professor Yohan Müllerin başçılıq etdiyi nümayəndə heyəti AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda olub. Akademiyadan “Olaylar” – a bildirilib ki, qonaqlar institutun İçərişəhərdə yerləşən Arxeologiya Muzeyinə baş çəkib, burada sərgilənən unikal arxeoloji eksponatlarla tanış olublar. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Pərviz Qasımov qonaqlara Azərbaycandakı arxeoloji tədqiqatların tarixi və müasir durumu, aparılan qazıntılar, institutun beynəlxalq əməkdaşlıq sahəsindəki təcrübəsi barədə məlumat verib.
Baş Prokurorluqdan valideyinlərə xəbərdarlıq
Son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı ucbatından azyaşlı uşaqların nəzarətsiz qalmaları nəticəsində yaşadıqları mənzilin eyvan və pəncərələrindən yıxılaraq ölməsi hadisələri artıb.
Kürü zəhərləyirlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayında növbəti monitorinq həyata keçirib. Nazirlikdən “Olaylar” - a verilən məlumata görə, iyul ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının I ongünlüyünə nisbətən 31.9 m3/san azalaraq 92.1 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5.1,Ağstafaçayda 4.6, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
Fransız tətilləri maraqla qarşılandı
Milli İncəsənət Muzeyi tolerantlıq mədəniyyəti və multikultural dəyərlərin qorunması və təbliği məqsədilə “Muzeylər mədəniyyətlər arasında körpüdür” layihəsinə start verib. Layihənin ikinci buraxılışı olan “Fransız tətilləri” proqramı böyük maraqla qarşılanıb. Muzeydən “Olaylar” – a bildirilib ki, proqramın açılışında uşaqlar üçün dostluq və xeyirxahlıqdan bəsh edən “Bənövşə” kölgə teatrının tamaşası təqdim olunub. Tamaşanın ardından uşaqlar valideynlərin müşayiəti ilə ustad dərslərinə qoşuldular. Şüşə üzərində rəngarəng boyalarla işığın, kamilliyin, qələbənin rəmzi olan və fransız krallarının gücünü təccəssüm etdirən “flör de lis”- zanbaq gülünün təsviri yaradıldı. Uşaqlar rəngli makaronlardan Parisin ən tanınmış memarlıq abidəsi - Eyfel qülləsinin kiçik surətini düzəltdilər.
“ASAN xidmət”in internet səhifəsində yenilik
"ASAN xidmət”in tam yenilənmiş korporativ saytı vətəndaşların istifadəsinə verilib.Yeni saytın əsas səhifəsi 8 bölmədən ibarətdir. “ASAN” xidmətdən “Olaylar” – a bildirilib ki, vətəndaşlar saytın “ASAN xidmətlər”, “ASAN Kommunal”, “Səyyar ASAN xidmət” bölmələrinə daxil olaraq, göstərilən xidmətlər barədə ətraflı məlumat ala bilərlər. “Onlayn növbə” bölməsinin köməyi ilə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən qabaqcadan müvafiq xidmət üçün növbəyə yazılmaq mümkündür. “ASAN könüllülük” məktəbinin fəaliyyəti ilə yaxından tanış olmaq və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat əldə etmək üçün yenilənmiş saytda könüllülərin “ASAN School” təcrübə məktəbinə interaktiv keçid yerləşdirilib.
"Çiçarito" yenidən Premyer Liqada
"West Ham United" növbəti transferini reallaşdırıb. London klubu Xavyer Ernandesi heyətə qatıb. Meksikalı hücumçu 3 illik müqaviləyə imza atıb. "Çiçarito" tezliklə komandanın Almaniyadakı təlim-məşq bazasına yollanacaq. Onun transferi "Bayer Leverkusen"ə 16 milyon avro qazandırıb. "Sky Sport"un verdiyi məlumata görə Ernandes klubun ən ödənişli futbolşusu olacaq. Onun məvacibi həftəyə 140 min funtdur.
ABUC layihənin icrasına başladı
İyulun 25-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği” layihəsi çərçivəsində ilk tədbirini keçirib.
Çin qırıcısı ABŞ təyyarəsinə hücum etdi
Çinin Hava Qüvvələrinə məxsus “J-10” qırıcı təyyarəsi ABŞ-ın kəşfiyyat təyyarəsini istiqamət dəyişdirməyə məcbur edib. Qırıcı təyyarə Cənubi Çin dənizi üzərində uçan ABŞ-a məxsus “EP-3” elektron kəşfiyyat təyyarəsinin 90 metr yaxınlığından uçub.
ABŞ əsgərlərinin İordaniyada öldürülməsinin ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
İordaniya ordusu bir əsgərinin 3 amerikalı əsgəri öldürdüyü anın video görüntülərini yayıb. Video paylaşılmadan əvvəl ABŞ əsgərlərinin ailələrinə göstərilib. Görüntülərdə ABŞ əsgərlərinin bazaya giriş zamanı atəşə məruz qaldığı diqqət çəkir.












.jpg)

