"Çiçarito" yenidən Premyer Liqada

"West Ham United" növbəti transferini reallaşdırıb. London klubu Xavyer Ernandesi heyətə qatıb. Meksikalı hücumçu 3 illik müqaviləyə imza atıb. "Çiçarito" tezliklə komandanın Almaniyadakı təlim-məşq bazasına yollanacaq. Onun transferi "Bayer Leverkusen"ə 16 milyon avro qazandırıb. "Sky Sport"un verdiyi məlumata görə Ernandes klubun ən ödənişli futbolşusu olacaq. Onun məvacibi həftəyə 140 min funtdur.

Meksika millisinin üzvü Premyer Liqaya yad oyunçu deyil. O, 2010-15-ci illərdə "Manchester United"in şərəfini qorumuşdu. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31