Gündəm

Azərbaycanlı məşhurlardan Ququşa SƏRT SÖZLƏR: Əri erməni olan...

25 İyul 2017 13:08

Ququşun avqustun 31-də Ermənistanda konsert verməyə hazırlaşmasını azərbaycanlı pərəstişkarlarının etirazla qarşıladığını xəbər vermişdik. Məsələ ilə əlaqədar olaraq yerli ifaçılarımızın münasibətini öyrəndik. Müğənnilərin hər biri bu xəbərə məyus olduqlarını desə də, fikirlər müxtəlif olub.

Hitlerin 4 tonluq qızıl XƏZİNƏSİ TAPILDI - DƏNİZDƏ

25 İyul 2017 13:04

Bir qrup britaniyalı tədqiqatçılar 1939-cu ildə dənizdə batmış, dəyəri 100 milyon dollara qədər olan xəzinə aşkara çıxarıblar. Britaniyalı xəzinə ovçuları nasistlərə məxsus olduğu güman edilən, içərisində 4 tona yaxın qızıl olan gəmi tapıblar. Gəmi 1939-ci ilin sentyabrında, İslandiya sahillərindən təxminən 190 kilometr məsafədə qəzaya uğrayıb. Qızılın aşkar edilmə yeri iqtisadi zonanın 200 mil həddində olduğu üçün İslandiya xəzinəyə sahib olmaq hüququna malikdir.

Ailənin üzünə ağ olmayın

25 İyul 2017 13:02

Mən utanıram. vallahi də, billahi də... Biz niyə beləyik?. Ay insanlar, bilirsinizmi ki, mənim də evə ehtiyacım var, özü də çox... Amma kimi isə haqlı-haqsız ev almaqda suçlamıram, hiddətlənmirəm. Acığımı kimə isə tökmürəm. Ev alanları hər bəhanə ilə aşağılamıram. Niyə, bilirsinizmi? Hər şeydən əvvəl, ona görə ki, mən ailə tərbiyəsi görmüşəm. Ailə başçısıyam. Həyat yoldaşım 33 yaşında dünyasını dəyişəndən 4 övladı təkbaşına böyütmüşəm, tərbiyə vermişəm, Vətənə, Dövlətə sədaqət aşılamışam, böyüyə hörmət ruhunda böyütmüşəm.

İçi sərnişinlə dolu təyyarə yandı

25 İyul 2017 12:55

Yakutiyada An-24 sərnişin təyyarəsi yanıb. Yanğın təyyarənin sağ mühərrikində başlayıb. Respublikanın Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, təyyarənin mühərriki Tiksi aerodromunda uçuş-eniş zolağında alışıb.

Fransanda güclü yanğın başladı

25 İyul 2017 12:54

Fransanın cənub-şərq əraziləri təbii yanğınların qurbanı olub. Yanğın əksəriyyəti meşə ərazisi olmaqla 3 hektar sahəni əhatə edib. Bu ərazilərdə yerləşən 4 departamendə 200-dən artıq ev təhlükə ilə üz-üzə qaldığından sakinlər təxliyə edilib.

Sabahın havası

25 İyul 2017 12:51

İyulun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəhşətli yanğında sağ qalan azərbaycanlı uşağı qubernator nəzarətə götürdü

25 İyul 2017 12:49

"Krasnoyarskdakı dəhşətli yanğında 5 ailə üzvünü itirən, özü isə ağır xəsarət alan İlyasov Hüseyn Vüqar oğlu yerli Uşaq Xəstəxanasının yanıq şöbəsindədir. Ağır dərəcəli yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən İlyasın həyatı uğrunda həkimlər əllərindən gələni əsirgəmirlər. Hüseynin səhhəti ilə bağlı durumu Krasnoyarsk diyarının qubernatoru Viktor Tolokonski şəxsi nəzarətinə götürüb".

Azərbaycanda 19 məktəbli qız abort etdirib - Dəhşətli statistika AÇIQLANDI

25 İyul 2017 12:47

Ötən il Azərbaycanda 34 569 qadın abort elətdirib. Dövlət Statistika Komitəsindən azvision.az-a verilən məlumata görə, bunlardan 20323 nəfəri 15-29 yaş arasında olan qadınlardır. Ötən il ölkədə 15-17 yaş arası 19 qadın, 18-19 yaş arası 1 242 qadın, 20-24 yaş arası 7 773 qadın, 25-29 yaş arası 11 289 qadın aborta gedib. 

Bu dondurmaların istehsalına qadağa qoyuldu - Təhlükə doğuranların ADLARI

25 İyul 2017 12:44

İstehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan fiziki şəxs Tahir Qasımov tərəfindən istehsal edilmiş dondurmaların ilkin laborator müayinəsi zamanı onların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.

Suriya məsələsində Rusiyaya uduzan ABŞ Ukraynaya qoşun yeritdi

25 İyul 2017 12:34

ABŞ-ın Ukrayna üzrə yeni təmsilçisi Kurt Volker ölkəsinin Rusiyanın dəstəklədiyi üsyançılarla mübarizə üçün silah göndərmək niyyətinin olduğunu söyləyib.

Kinematoqrafçılar İttifaqı müsabiqə elan edir

25 İyul 2017 12:33

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Zaman və məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi elan edib. İttifaqdan “Olaylar”- a bildirilib ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilir. Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə kino sahəsində özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulur. Müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə sənədli filmlər üçün ssenarilər qəbul olunur. Hər müəllif üç ssenaridən artıq təqdim edə bilməz. Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.

45 nəfər həbs olundu

25 İyul 2017 12:26

Türkiyənin Adana şəhər prokurorluğunda FETÖ terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki,  aparılan əməliyyat istintaq çərçivəsində terror təşkilatının  şifrəli rabitə əlaqəsi olan “ByLock” istifadəçiləri həbs olunub.

ABŞ və Rusiyadan kürdlərə dəstək gəldi: “Onlar olmazsa, olmaz”

25 İyul 2017 12:15

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı məzhəb və qruplar haqqında açıqlama verib. Nazir suriyalı kürdlərin ölkədəki digər məzhəblər və qruplarla bərabər haqlara sahib olduğunu, buna görə də problemlərin həllində iştirak etmələrinin vacibliyini dilə gətirib. BMT-nin Suriyadakı təmsilçisi Stefan de Mistura da suriyalı kürdlərin görməzdən gəlinməməsi və kürd təmsilçilərin Suriyanın yeni konsitutsiyasının hazırlanmasında iştirak etməsinin vacibliyini vurğulayıb.

Dissidentlər də dövlətdən ev alırdılar…

25 İyul 2017 12:13

Mənzil bölgüsü mərəkəsində adı ən çox hallandırılan 3 jurnalistdən biriyəm. Dostlar deyir, fikir vermə, baş qoşma. Deyirəm, elə olmaz, səslənən hər bir irad, qınaq, tənə, məzəmmət, ittiham öz cavabını almalıdır. Yox, hansısa fikrə cavabımız olmayacaqsa, cavab verə bilməyəcəyiksə, o fikirlərin həqiqət kimi qəbuledilməsi, ictimai rəydə oturması real olacaq.

Ərdoğandan Türkiyənin “S-400”-dən qorxan ABŞ-a SƏRT CAVAB

25 İyul 2017 12:10

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın baş qəraragah rəisi Josef Dunfordun Türkiyənin yeni silah alması ilə bağlı reaksiyasına cavab verib.  Jozef Dunford Türkiyənin “S-400” raket komplesi almasının bölgə üçün təhlükə və narahatlıq doğurduğunu bəyan etmişdi. Ərdoğan isə baş qərargah rəisinin reaksiyasına belə cavab verib: “Türkiyənin raket kompleksi alması nəyi narahatlıq doğurur? Hər ölkə daxili təhlükəsizliyini qorumaq üçün müəyyən tədbirlər görmək məcburiyyətindədir.