Ailənin üzünə ağ olmayın
Mən utanıram. vallahi də, billahi də... Biz niyə beləyik?. Ay insanlar, bilirsinizmi ki, mənim də evə ehtiyacım var, özü də çox... Amma kimi isə haqlı-haqsız ev almaqda suçlamıram, hiddətlənmirəm. Acığımı kimə isə tökmürəm. Ev alanları hər bəhanə ilə aşağılamıram. Niyə, bilirsinizmi? Hər şeydən əvvəl, ona görə ki, mən ailə tərbiyəsi görmüşəm. Ailə başçısıyam. Həyat yoldaşım 33 yaşında dünyasını dəyişəndən 4 övladı təkbaşına böyütmüşəm, tərbiyə vermişəm, Vətənə, Dövlətə sədaqət aşılamışam, böyüyə hörmət ruhunda böyütmüşəm.
25 İyul 2017 13:02 SosialMən utanıram. vallahi də, billahi də... Biz niyə beləyik?. Ay insanlar, bilirsinizmi ki, mənim də evə ehtiyacım var, özü də çox... Amma kimi isə haqlı-haqsız ev almaqda suçlamıram, hiddətlənmirəm. Acığımı kimə isə tökmürəm. Ev alanları hər bəhanə ilə aşağılamıram. Niyə, bilirsinizmi? Hər şeydən əvvəl, ona görə ki, mən ailə tərbiyəsi görmüşəm. Ailə başçısıyam. Həyat yoldaşım 33 yaşında dünyasını dəyişəndən 4 övladı təkbaşına böyütmüşəm, tərbiyə vermişəm, Vətənə, Dövlətə sədaqət aşılamışam, böyüyə hörmət ruhunda böyütmüşəm. Ailə dediyimizi kiçik dövlət adlandırırıq. Ailənin hər bir üzvündən də ailə başçısına hörmət gözləyirik... İndi hərə bir tərəfdən Dövlət başçısının bu əvəzsiz proqramına dəstək olmaqdansa, alqışlamaqdansa, ona kölgə salmaqla, hədyanlar yağdırmaqla məşğuldurlar. Kim aldı, niyə aldı, necə aldı? Ev alanların siyahısında kifayət qədər tanıdığım, evə ehtiyacı olan, kirayədə və ya darısqal mənzildə yaşayanların adlarını gördüm. Kiminsə iş stajı 10 il, kimininki isə mənimki kimi 40 il ola bilər. Bu o deməkdirmi ki, mən dura-dura o niyə ev alır? Mənim iş yerimdə stajı 40-45 il olanlar var. Müstəqillikdən sonra yaranan mətbuat orqanının, televiziyanın, saytın əməkdaşlarının iş stajı isə elə müstəqilliyimizin yaşı qədərdir. Biz sovet dönəmindən keçib bir dəfə dövlətdən ev almışıq. Təbii ki, uşaqlar böyüyüb, ailə qurandan sonra jurnalistin ev almaq imkanı olmadığından, bütün ailə bir yerdə yaşamağa məcbur olub. Rayondan gələnlərin isə yaşamağa heç ata evləri də olmayıb. Kimlərsə evini satıb, şəraitini yaxşılaşdırıb, bir çoxları isə buna maddi cəhətdən imkan tapmayıblar. Bineyi-qədimdən ev alana xeyir-dua verərlər. Siz də onlara "SAĞLIĞINIZA QİSMƏT", "XEYİRLİ, DÜŞƏRLİ OLSUN" deyin. Birdən-birə insana 70-100 minlik hədiyyə verələr, o insan sevincdən qanadlanmazmı? Paxıl olmayın, qəlbiniz geniş olsun, onların qanadlarını əzməyin, sındırmayın, tapdalamayın. Bizim redaksiyada 21 iddiaçı vardı. Səsvermə yolu ilə 6 nəfərin sənədi KİVDF-ə göndərildi, qalanları fərdi qaydada müraciət etdi. Səs toplayanlardan 4 nəfərə mənzil verildi. Uzun illər redaktor müavini işləmiş mərhum Mahir Nəbilinin ailəsi və 2-ci qrup əlil İsaq Əmənullayevin adı siyahıya əlavə edildi. Siz deyin, mənim çığır-bağır salmağımın yeri vardımı? Mən nə qədər sarsıldım, bunu özüm bilirəm. Amma bir həqiqəti etiraf etmək yerinə düşər ki, əgər bölgüdə mənzil sayı çox olsaydı, yəqin ki, mənim də adım xoşbəxtlərin yanında olacaqdı. Təəssüf ki, 255 mənzili 1000 nəfərə bölmək, böyük ustalıq, məharət istəyir. Mən deyə bilmərəm ki, ehtiyacı olanların hamısı təmin olundu, bu, mümkün də deyil. Nə qədər evsiz-eşiksiz həmkarımız yenə kirayədə, darısqal mənzildə qaldı. Mən istəyirəm ki, mənzil alıb xoşbəxt olanlar bu hissi doyasıyca yaşasınlar. Qara yaxmaq, həmkarlarının olan və olmayan evlərinin siyahısını tutmaq jurnalist etikasına yaraşmır. Evi verənin üzünə ağ olmayın ki, növbəti dəfə müraciət etməyə üz olsun. Bir də... Unutmayın ki, jurnalistlərə bu evi dövlətin, Azərbaycan adlı ailənin başçısı verir. Ailənin üzünə ağ olmayın. Allaha xoş getməz. Və elə edək ki, 3 il sonra yeni mənzillərin açarları sahiblərinə veriləndə onu şəstlə alaq, utana-utana yox!!!
Zərifə Bəşirqızı