Gündəm

Pomidorun qiymətinin artmaması üçün hökumətdən QƏRİBƏ ADDIM

25 İyul 2017 12:06

Hindistanın Madya Pradeş əyalətində pomidorun qiyməti sürətlə artmaqdadır. Bu məhsulu almağa maddi imkanı çatmayan əhali isə bazarlardan oğurluq etməyə başlayıb. Dövlət pomidor oğurluğunun qarşısını almaq üçün tərəvəz piştaxtalarına silahlı mühafizəçi təyin edib. Əslində Madya Pradeşdə bu il pomidor istehsalı çox yüksək olub. İstehsalın bolluğu səbəbilə qiymətlər də aşağı düşüb. Buna görə bir çox fermer satılmayan məhsullarını çölə tökməyə məcbur olub.

"Soçi görüşü Azərbaycan-Rusiya əlaqələrinin inkişafı aspektindən də mühümdür" 

25 İyul 2017 12:03

"Prezidentlərin Soçi görüşü iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın və strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyətə malikdir". Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

Bu il fərdi uçot sistemində əlavə olaraq 124 770 nəfər şəxs qeydiyyata alınıb

25 İyul 2017 11:55

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı 2017-ci ildə də artmaqda davam edir

Bakcell yeni fakturalı Klass tariflərini təqdim edir

25 İyul 2017 11:54

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müştərilərinə sonradan ödəniş planı üzrə yəni hamisi birində fakturali klass tarifləri təqdim edir.

“ASAN Kommunal” xidmətlərində yenilik

25 İyul 2017 11:53

Artıq vətəndaşlar “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz" İB, "Azərişıq" ASC, “Azərsu” ASC tərəfindən göstərilən xidmətlərdən evlərində və ya iş yerlərində sifarişli əsaslarla səyyar formada yararlana biləcəklər. Xidmətlərin sifarişi isə 9-108 nömrəli Çağrı mərkəzi vasitəsi ilə mümkündür. ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, səyyar xidmətlər dedikdə qanunla müəyyən edilmiş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.

Avropa Parlamentindən Ermənistana Dağlıq Qarabağ mesajı

25 İyul 2017 11:52

Ermənistan xarici işlər nazirinin müavini Karen Nazaryan dünən Avropa Parlamenti nümayəndələrini qəbul edib.  Görüşdə müzakirə olunan əsas məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi olub. Nazaryan görüş zamanı başqa məsələlərdən danışmağa cəhd göstərib. O, Avropa Birliyi tərəfindən qoyulan öhdəliklərlə bağlı danışarkən, qonaqlar Dağlıq Qarabağ məsələsinin xüsusilə vurğulanmasını və müzakirə olunmasını istəyiblər. Bundan sonra nazir müavini ATƏT-in Minsk qrupunun fəaliyyəti və digər müzakirələrlə bağlı məlumat verib.

Sən demə, gəlinin saçını qayınanası qırxmayıb, atası...

25 İyul 2017 11:49

Samux rayonu Ziyadlı kənd sakini 1988-ci il təvəllüdlü P.İ.-nin qaynanası və yoldaşı tərəfindən döyülməsi və intihara cəhd etməsinin təfərrüatı məlum olub. Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə ilə bağlı müxtəlif şayiələr var: “Onun saçının qaynanası tərəfindən kəsilməsi yanlış məlumatdır.

İtkin düşən 6 tələbədən hələ də xəbər yoxdur

25 İyul 2017 11:45

Qazaxıstanın Abılay Xan Universitetinin 6 tələbəsi Misirdə itkin düşüb. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov məlumat verib. O qeyd edib ki, 2 tələbə iyulun 11-də dil kurslarında təhsil almaq üçün Qahirəyə gedib. Onlar tədris alacaqları məktəbin daha 4 tələbəsi ilə bir mənzildə yaşayırdılar.

Rusiya həbsxanalarında nə qədər azərbaycanlı var?

25 İyul 2017 11:44

Rusiya həbsxanalarında 29 397 əcnəbi cəza çəkir. Bunlardan 90 faizi ağır və çox ağır cinayətlər törətmiş şəxslərdir. Rusiya Cəzaların İcrası Federal Xidmətinin məlumatına görə, əcnəbi məhbuslar arasında 12 ABŞ və Avropa İttifaqı ölkələrinin 97 vətəndaşı var. MDB ölkələri arasında ən çox əcnəbi məhbus Tacikistandandır - 8002 nəfər.

"Qarabağ" "Şerif" önünə "7" ilə çıxır

25 İyul 2017 11:43

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Moldova "Şerif"ini qəbul edəcək "Qarabağ" ev matçına uğurlu seriya ilə çıxacaq. Ağdam təmsilçisi öz meydanında keçirdiyi görüşləri qolsuz tərk etmir. Qurban Qurbanovun yetirmələri son 7 görüşdə rəqib qapısına yol tapıb. Doğma azarkeşlər önündə sonuncu qolsuz matç 2015/16 mövsümünə təsadüf edib. Həmin vaxt qrup mərhələsinin "Tottenhem"lə son ev oyunu qonaqlara 1:0 hesablı qələbə qazandırıb. Bundan sonrakı 7 qarşılaşmada isə qonaqlar quru oyuna həsrət qalıb.

İspaniyalı hücumçu "Arsenal"dan getmək istəyir

25 İyul 2017 11:38

"Arsenal"ın hücumçusu Lukas Perez "Deportivo" klubuna qayıtmaq istəyir.  28 yaşlı forvard ona məxsus 9 nömrənin yeni transfer Aleksandr Lakazettə verilməsindən narazı qalıb.

Yaşayış binası uçdu: 30 adam dağıntılar altında qaldı - Mumbayda

25 İyul 2017 11:36

Mumbayda yaşayış binası uçulub. Dağıntılar altında 30-dan çox adamın qalması ehtimal edilir. İnsident səhər saatlarında şəhərin Qxatkopar rayonunda baş verib. Dağıntılar altından 9 nəfəri sağ çıxarmaq mümkün olub. Hadisədən dərhal sonra ərazi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. İnsidentin baş vermə səbəbləri məlum deyil.

İlqar Qurbanov: "Afinadan maksimum nəticə ilə dönmək istəyirik"

25 İyul 2017 11:34

"Mübarizəyə başladığımız ikinci təsnifat mərhələsini uğurla adladığımıza sevinirik. Polşanın "Yagelloniya" klubu ilə evdə keçirdiyimiz ilk qarşılaşma bir az çətin alındı. İstənilən oyunu göstərə bilmədik. Amma cavab görüşünə daha yaxşı hazırlaşdıq. Bu da normaldır".

"Rusiyanın atacağı addım onun Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini göstərəcək"

25 İyul 2017 11:32

"Soçi görüşündən sonra Rusiyanın atacağı addım onun Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətini göstərəcək". Bunu  politoloq Qabil Hüseynli Azərbaycan və Rusiya prezidentlərinin iyulun 21-də Soçidə keçirilən görüşünü şərh edərkən deyib.

"Azərbaycan və Rusiya arasında mehriban münasibətlər hər iki ölkə üçün faydalıdır”

25 İyul 2017 11:17

“Azərbaycan və Rusiya qonşu dövlətlərdir və onlar arasında mehriban münasibətlərin olması hər iki ölkə və xalq üçün faydalıdır”. Bunu Milli Məclisin deputatı Musa Qasımlı Azərbaycan və Rusiya dövlət başçılarının Soçi görüşünü şərh edərkən deyib.