"Qarabağ" "Şerif" önünə "7" ilə çıxır
Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Moldova "Şerif"ini qəbul edəcək "Qarabağ" ev matçına uğurlu seriya ilə çıxacaq. Ağdam təmsilçisi öz meydanında keçirdiyi görüşləri qolsuz tərk etmir. Qurban Qurbanovun yetirmələri son 7 görüşdə rəqib qapısına yol tapıb. Doğma azarkeşlər önündə sonuncu qolsuz matç 2015/16 mövsümünə təsadüf edib. Həmin vaxt qrup mərhələsinin "Tottenhem"lə son ev oyunu qonaqlara 1:0 hesablı qələbə qazandırıb. Bundan sonrakı 7 qarşılaşmada isə qonaqlar quru oyuna həsrət qalıb.
25 İyul 2017 11:43 İdmanÇempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Moldova "Şerif"ini qəbul edəcək "Qarabağ" ev matçına uğurlu seriya ilə çıxacaq. Ağdam təmsilçisi öz meydanında keçirdiyi görüşləri qolsuz tərk etmir. Qurban Qurbanovun yetirmələri son 7 görüşdə rəqib qapısına yol tapıb. Doğma azarkeşlər önündə sonuncu qolsuz matç 2015/16 mövsümünə təsadüf edib. Həmin vaxt qrup mərhələsinin "Tottenhem"lə son ev oyunu qonaqlara 1:0 hesablı qələbə qazandırıb. Bundan sonrakı 7 qarşılaşmada isə qonaqlar quru oyuna həsrət qalıb.
Ötən mövsümün 6 görüşündə 11 dəfə fərqlənən "Qarabağ" bu il "Samtredia"nı 5 qola qonaq edib. 7 görüşdəki 16 topdan 8-i Çempionlar Liqası, 8-i Avropa Liqasında vurulub. 7 oyundan 3-ü qitənin ən nüfuzlu klub turnirində baş tutub. Apasport.az