Gündəm
Fatih Akından – “Rojava”
Məşhur Türk rejissoru Fatih Akın Suriya Rojavada IŞİD - ə qarşı döyüşənlər üçün bir layihə təqdim edəcəyini bildirib. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, bundan öncə rejissor “erməni soyqırımı”ndan bəhs edən “Çapıq” filmi ilə gündəmə gəlmişdi. Rejissor filmlərində mübahisəli mövzulara toxunmaqdan çəkinmir. Kinorejissorun yeni layihəsi “Rojava” adlanacaq.
İndoneziyanın ölkəmizdəki səfiri AMEA-da
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə İndoneziya Respublikasının Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb. Akademiyadan "Olaylar" - a bildirilib ki, görüşdə AMEA rəhbəri Akademiyanın yaranma tarixi və fəaliyyəti, aparılan mühüm tədqiqatlar barədə məlumat verərək ölkələr arasında elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və davamlı inkişafının əhəmiyyətini qeyd edib. Akademik xüsusən də geoloq və seysmoloqların birgə tədqiqat aparması üçün İndoneziya ərazisinin əlverişli olduğunu bildirib. Səfir Hüsnan Bəy Fanani iki ölkə arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu söyləyərək İndoneziya və Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edib, elmi sahədə də müvafiq qurumlar ilə əməkdaşlıq münasibətlərinin inkişafının zəruriliyini vurğulayıb.
Bağdad varisi öldürüldü
İŞİD terror qruplaşmasının başçısı Əbu-Bəkr əl-Bağdadinin real varislərindən biri İyyad əl-Obaydi İraqda məhv edilib.Əl-Bağdadinin yaxın köməkçilərindən olan əl-Obaydi ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Mosuldan qərbdə endirdiyi aviazərbə nəticəsində öldürülüb. Əməliyyatın detalları məlum deyil. Alyans komandanlığı məlumatı şərh etmir.
Yaralı suriyalılar Türkiyədə
Suriyanın Hələb şəhəri yaxınlığında Azez bölgəsində terror hadisəsi baş verib. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, Kel Cibrin yaşayış məntəqəsində PKK terror təşkilatı tərəfindən atılan hava topu nəticəsində 7 nəfər yaralanıb. Yaralı suriyalılar Öncüpınar sərhəd qapısından təcili yardım maşınları ilə Kilis Dövlət Xəstəxanasına çatdırılıblar.
Türkiyədə zəlzələ
Türkiyənin Gökova Körfəzi sahillərində yeraltı təkanlar qeydə alınıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, 6,3 bal gücündə olan zəlzələdən sonra bölgədə davamlı yeraltı təkanlar hiss olunub. Kandill Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutundan alınan məlumata görə Gökova Körfəzi sahillərində saat gecə saatlarında bölgədə 4,0 bal gücündə zəlzələ meydana gəlib.
Antalyada partlayış
Şikayət yerində araşdırılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Kürdəxanı bağlar massivində yaşayan bir qrup sakin tərəfindən sözügedən ünvanda tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı şikayət daxil olub. Nazirlikdən "Olaylar" - a bildirilib ki, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı məlum olub ki, son illər sözügedən əraziyə məişət tullantılarının daşınması nəticəsində qanunsuz zibilxana yaranıb.
Pakistanda terror
Pakistanın Lahor şəhərində baş verən partlayış nəticəsində azı 25 nəfər ölüb, 53 nəfər yaralanıb. Motosikletlə hərəkət edən terrorçu-kamikadze özünü ərzaq bazarının girişində partladıb. Məlumata əsasən, ərzaq bazarı Pəncab əyalətinin baş naziri Şahbaz Şərifin iqamətgahından 100 metr aralıda yerləşir.
Düyü bişirəndə suyu atmayın! - Gözəllik üçün İNANILMAZ FAYDALARI
Çin, Yaponiya və bəzi digər Asiya ölkələrində düyü suyu qədim zamanlardan çox effektli kosmetik vasitə kimi istifadə olunur. Düyü suyu dəriyə olduqca müsbət təsir edir. Onun tərkibində olan antioksidant, enzim, ferment, mineral, vitamin və s. faydalı maddələr dərini cavanlaşdırır, tonuslaşdırır, daha təravətli və dartılmış edir, kiçik qırışları yox edir, yaxşı təmizləyir və ağardır.
“Paint” redaktorunun dəstəklənməsi dayandırılacaq
“Microsoft” korporasiyası ilk dəfə 1985-ci ildə təqdim edilən “Paint” qrafik redaktorunun dəstəklənməsini dayandıracaq.
“Gartner”: “Proqram təminatı istehsalçıları məhsullarda süni intellektin imkanlarını şişirdirlər”
Süni intellekt texnologiyalarının böyük imkanlara malik olmasına baxmayaraq əksər proqram təminatı istehsalçıları əvvəlcə istifadəçilərin tələbatını, tətbiq edilmə sahələrini və məhsuldan istifadənin faydasını müəyyənləşdirmək əvəzinə, onu tezliklə bazara çıxararaq “süni intellekt” termini ətrafında ajiotajdan yararlanmağa çalışır. Bu barədə “Gartner” analitik şirkətinin hesabatında deyilir.
“Google Play” mağazasında 400 əlavə yeni virusa yoluxub
“Dr. Web” antivirus laboratoriyası “Google Play” mağazasında 400-ə yaxın proqramın “BankBot” virusuna yoluxmasını açıqlayıb. Virus, həmçinin istifadəçinin SMS bildirişlərini izləyir, bank kartı məlumatlarını oğurlayır və “WhatsApp”, “Viber”, “Snapchat”, “Instagram” və s. kimi əlavələri nəzarətdə saxlayır.
Dünya robot texnikası bazarında 2,5 dəfə artım gözlənilir
“IDC” analitik şirkəti 2017-ci ildə dünyada robot texnikasının (o cümlədən uçan aparatlar və robot texnikası ilə əlaqəli avadanlıq, proqram və xidmətlər) satış həcminin 97,2 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Bu, ötən ilin göstəricisindən 17,9 faiz çoxdur. Yaxın 5 ildə bazarda artımın sürətlənərək 2021-ci ilədək həcminin 230,7 milyard dollara çatacağı gözlənilir.
Gel - şellak tipli dırnaq boyalarının qorxunc zərərləri
Bu gün gel-lak tipli dırnaq boyaları haqda eşitməyən qalmayıb. Dəblə ayaqlaşmaq istəyən hər bir xanım il ərzində bir neçə dəfə də olsa, bu məhsullardan istifadə edir. Bu tip boyalar 3-4 həftə boyunca dırnağa yapışıb, qalır. Vaxt tamam olanda isə gel boya yenisi ilə əvəzlənir.
Neyron şəbəkə fotoşəkillə yeməyin reseptini tərtib edəcək
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçılar qrupu yeməyin inqrediyentlər siyahısını və hazırlanma reseptini onun fotoşəkilinə görə tərtib edən neyron şəbəkə hazırlayıblar.





.jpg)







