Bağdad varisi öldürüldü

İŞİD terror qruplaşmasının başçısı Əbu-Bəkr əl-Bağdadinin real varislərindən biri İyyad əl-Obaydi İraqda məhv edilib.Əl-Bağdadinin yaxın köməkçilərindən olan əl-Obaydi ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Mosuldan qərbdə endirdiyi aviazərbə nəticəsində öldürülüb. Əməliyyatın detalları məlum deyil. Alyans komandanlığı məlumatı şərh etmir.

İŞİD başçısının ölümü haqqında KİV-də zaman-zaman məlumatlar yayılsa da, hələlik bu xəbərlərin heç biri təsdiqini tapmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31