Gündəm
Eynək zədələnərsə... - Pulunuzu cibinizdə saxlayacaq 6 ÜSUL
Eynək ən qiymətli aksesuarlarımız sırasındadır. Bu dəyərli əşyaya dəyən ziyan büdcəmizə də təsir edir. Bəzən, heç gözləmədiyimiz anda eynəyimiz yerə düşüb, şüşəsi zədələnə bilər.
Kədərlənmək siqaretdən daha təhlükəlidir...
ABŞ alimlərinin tədqiqatları nəticəsində məlum olmuşdur ki, depressiyaya meyilli adamların insult keçirmək təhlükəsi böyükdür. Depressiyanın insulta səbəb olan zəif amil hesab edilməsinə baxmayaraq, o, tütündən heç də az təhlükəli deyildir.
ŞOK: Yaqut daşı haqqındakı sirr hər kəsi heyrətə gətirir
İllər boyu uğrunda qanlar tökülən, şahların, fironların xəzinələrini bəzəyən qiymətli daşların nə kimi yararları olduğunu bilirsinizmi?. Bu qiymətli daşların hər biri rənglərinə və tərkibindəki minerallara görə insan sağlamliğında müxtəlif əhəmiyyətə malikdirlər. Bəzi daşlar və onların əhəmiyyətləri aşağıda göstərilmişdir.
Televizor, planşet uşaqları lal edə bilər
Danışmaq və ünsiyyət qurmaq insanın sosial həyatında əhəmiyyətli və vacib proseslərdən biridir. Aydın və səlis danışıq, sözləri düzgün tələffüz edərək qarşı tərəfə çatdırmaq təqdirəlayiq haldır. Amma cəmiyyətdə danışıq qüsurlu, hansısa səsləri düzgün tələffüz etməyən, kəkələyən insanlar da var. Bu isə onların cəmiyyət arasında kompleksə düşmələrinə, özlərini narahat hiss edərək ünsiyyətdən qaçmalarına və sair kimi neqativ hallara yol açır. Demək olar ki, son zamanlar bu hal kiçik yaşlı uşaqlar arasında da geniş yayılıb. Əksər valideynlər övladının hətta 3 və daha yuxarı yaşda olmasına baxmayaraq, danışa bilməməsindən şikayətçidirlər. Həmin uşaqlar arasında elələri də var ki, nəinki danışa bilmir, hətta körpəyə məxsus sadə səsləri belə çıxarmırlar. Mütəxəssislər bu qüsurların zamanında aradan qaldırılmadığı təqdirdə qalıcı durum olacağı barədə valideynlərə ciddi şəkildə xəbərdarlıq edirlər.
Alişandan qeyri-adi toy qərarı
Müğənni Alişan bir konsertindən əvvəl jurnalistlərə açıqlamalar verib. Nişanlısı Eda Erolla toy hazırlıqlarında olan ifaçı deyib: "Ev axtarırıq. İnanılmaz dərəcədə böyük evlər təklif edilər. Hazırda toy siyahısı hazırlayırıq.
Limonad satdığı üçün cərimələnən 5 yaşlı qıza onlarla iş təklifi gəldi
İngiltərənin paytaxtı Londonda limonad satan 5 yaşlı qıza onlarla müəssisə tərəfindən iş təklifi gəlib. Andrey Spayser adlı müəssisə müdiri qızına Londonda təşkil edilən “Lovebox” festivalının yaxınlığındakı səkidə limonad stendi açmağa icazə verib. Lakin stendin açılması üçün gərəkli icazə kağızı olmadığından bələdiyyə işçiləri qızcığaza cərimə protokolu yazıb.
Yaqub Zurufçu Ermənistana getməyə hazırlaşan Ququş haqqında BÜTÜN SİRLƏRİ AÇDI
Xəbər verdiyimiz kimi, əslən Cənubi Azərbaycandan olan müğənni Ququşun Ermənistanda konsert proqramı ilə çıxış etməsini sosial şəbəkələrdə ciddi müzakirə mövzularından biri olub.
Prezident millət vəkillərinin parlamentə girişini qadağan etdi
Cənubi Asiyanın məşhur bölgələrindən olan Maldiv adalarında prezident Yamin Abgül Qayyumun təlimatı əsasında millət vəkillərinin parlament binasına girişi qadağan edilib. Bu barədə ölkənin müxalif Demokratlar Partiyası məlumat yayıb. Partiyanın verdiyi xəbərdə bildirilir ki, parlament binasının giriş qapıları silahlı qüvvələr tərəfindən tutulub və millət vəkillərinin binaya girişinin zorla qarşısı alınıb.
Kosmik hotel layihəsi təqdim olunub
ABŞ Kosmik Agentliyi (NASA) mütəmadi müxtəlif müsabiqələr keçirərək maraqlı və faydalı texnologiyalar yarada bilən iddialı alim qruplarını cəlb etməyə çalışır. Bu yaxınlarda Yerətrafı orbitdə həyat üçün yararlı obyektlərin hazırlanması üzrə müsabiqə keçirilib. Müsabiqədə qələbəni kosmik hotel layihəsini təqdim edən Massaçusets Texnologiya İnstitutunun komandası qazanıb.
Osman Kulibali: ""Qəbələ"dən qorxmuruq"
"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Panatinaikos"un müdafiəçisi Osman Kulibali Yunanıstan mətbuatına müsahibə verib. Mali millisinin futbolçusu komandasının hazırkı durumunu və "Qəbələ" ilə matçlardakı şanslarını dəyərləndirib.
Dunayda sərnişin gəmisində YANĞIN - Y aralananlar var
Avstriyada Dunay çayında sərnişin gəmisində yanğın olub. Yerli hakimiyyət nümayəndəsi Mattias Fişer yanan gəminin ətrafına 12 yanğınsöndürmə briqadasının cəlb olunduğunu bildirib.
Azərbaycanlılar Türkiyədə beşinci oldular
Bu ilin ilk yarısında Türkiyədə 97,579 min daşınmaz əmlak xarici vətəndaşlara satılıb ki, bu da ötən ilin analoji dövri ilə müqayisədə 8,1 faiz azdır.
"Barselona" Neymarın məvacibini artıracaq?
"Barselona"nın hücumçusu Neymar yaxın vaxtda İspaniya vətəndaşlığı alacaq. Braziliyalı ulduz 1.6 il əvvəl başladığı prosedur nəticəsində sentyabrda İspaniya pasportuna sahiblənəcək. Ölkə qanunvericiliyə əsasən, orda 2.5 il yaşayan şəxs ikili vətəndaşlıq almaq hüququna malikdir.
Umud Mirzəyev Qətərda media azadlığı ilə bağlı beynəlxalq tədbirə qatılıb
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Qatarın paytaxtı Dohada beynəlxalq tədbirə qatılıb. Qatarın İnsan haqları üzrə Milli Komitəsinin Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Federasiya və Beynəlxalq Mətbuat İnstitutu ilə birgə təşkil etdiyi bu tədbir "İfadə azadlığı: Təhdidlə üz-üzə” adlanır. 2 gün davam edəcək tədbirin əsas məqsədi dünya ictimaiyyətini, vətəndaş cəmiyyəti təşkilatları, dövlət və dövlətlərarası agentliklərin diqqətini jurnalistlərə qarşı törədilən zorakılıqlara, təhlükəsiz fəaliyyətə yönəltmək, qarşılıqlı fəaliyyət mexanizmləri və əməkdaşlığı dərinləşdirməkdir.














