Kədərlənmək siqaretdən daha təhlükəlidir...

ABŞ alimlərinin tədqiqatları nəticəsində məlum olmuşdur ki, depressiyaya meyilli adamların insult keçirmək təhlükəsi böyükdür. Depressiyanın insulta səbəb olan zəif amil hesab edilməsinə baxmayaraq, o, tütündən heç də az təhlükəli deyildir.

Elmi işin rəhbəri En Pen sübut edib ki, depressiya ilə əlaqədar həkimə müraciət edən pasiyentlərin insult keçirməsi riski 45 faiz, bu xəstəlikdən ölməsi riski isə 55 faiz çoxdur. Depressiya qan damarlarının tutulması və qanın beyinə çatmaması nəticəsində əmələ gələn işemik insultun yaranması ehtimalını xeyli artırır.

Psixoloqların fikrincə, depressiya zamanı stress hormonu ifraz olunur. Bu hormon orqanizmi mütəmadi məyus olmağa vadar edir. Depressiya həyatın keyfiyyətini pisliyə doğru tamamilə dəyişir. Belə adamlar tez-tez zərərli ərzaqlarla qidalanır, spirtli içkilər içir və siqaret çəkirlər. Depressiv vəziyyət xüsusilə mövsümlər arası müddətdə yaranır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31