"Barselona" Neymarın məvacibini artıracaq?

"Barselona"nın hücumçusu Neymar yaxın vaxtda İspaniya vətəndaşlığı alacaq. Braziliyalı ulduz 1.6 il əvvəl başladığı prosedur nəticəsində sentyabrda İspaniya pasportuna sahiblənəcək. Ölkə qanunvericiliyə əsasən, orda 2.5 il yaşayan şəxs ikili vətəndaşlıq almaq hüququna malikdir.

"Barselona"nın hücumçusu Neymar yaxın vaxtda İspaniya vətəndaşlığı alacaq. Braziliyalı ulduz 1.6 il əvvəl başladığı prosedur nəticəsində sentyabrda İspaniya pasportuna sahiblənəcək. Ölkə qanunvericiliyə əsasən, orda 2.5 il yaşayan şəxs ikili vətəndaşlıq almaq hüququna malikdir. Neymar 2013-cü ildə "Santos"dan "katalon" klubuna keçib. Braziliyalı futbolçunun gələcək taleyi tam müəyyənləşməyib. "PSJ" "Financial fair play" qaydalarını pozmaq riskini üstünə alaraq ona görə astronomik məbləğdə pul təklif edir. "Sport" nəşrinin məlumatına görə Neymarın atası ötən həftə "Barcelona" rəsmiləri ilə görüşüb. O bildirib ki, oğlu əlverişli maliyyə imkanlarına görə Paris klubunun təklifini dəyərləndirə bilər. Katalonlar isə "sambaçı"nın maaşını artırmaq barədə düşünmür. Neymarın hazırki məvacibi illik 25 milyon avro təşkil edir. Mətbuatda futbolçunun seçim qarşısında qaldığı bildirilir. İddialara görə onun komanda yoldaşları "Barselona"da qalmasını, yaxın qohumları isə "PSJ"-yə getməsini istəyir.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31