Gündəm

Azyaşlı bacısı qıznının əllərini bağlayıb, məcbur porno izlətdi

24 İyul 2017 18:39

İstanbulun Aydın rayonunda yaşanan qorxunc hadisənin detalları məhkəmədə ortaya çıxıb.   14 yaşlı bacısı oğlu ilə əmisi oğlunun qızını 5 il ərzində cinsi istismar edən şübhəli 24 yaşlı T.D.-nin məhkəmə prosesi olub. Məhkəmədə onu cinsi istismar edən əmisi ilə qarşılaşınca göz yaşlarını saxlaya bilməyib, salonun boşaldılmasını istəyən Ş.D. verdiyi ifadəsində, əmisinin əllərini bağlayıb porno film izlətdiyini deyib.

Məhkəmə icraçısı nazirlik binasının 17-ci mərtəbəsindən yıxılaraq öldü - VİDEO

24 İyul 2017 18:31

Rusiya paytaxtında RF İstintaq Komitəsinin əməkdaşları Ədliyyə Nazirliyinin binasının 17-ci mərtəbəsindən məhkəmə icraçısının yıxılaraq həlak olması faktını araşdırırlar.

Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı 3 milyon manat ayrıldı

24 İyul 2017 18:11

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

DİN borclu və axtarışda olan şəxslərlə bağlı vətəndaşlara müraciət etdi

24 İyul 2017 18:04

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə,  son vaxtlar vətəndaşlardan mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün DİN-ə müraciətlər daxil olur. 

İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği müzakirə edilib

24 İyul 2017 18:01

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği” mövzusunda konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, konfransda ailə institutunun təbliği, bu institutun formalaşması və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu, İslamda ailəyə və qadına münasibət kimi mövzular müzakirə olunub.

Bakı Ali Neft Məktəbinin 20 tələbəsi Türkiyədə təcrübə keçir

24 İyul 2017 18:00

Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi”, “Neft-qaz mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə 3-cü və 4-cü kurslarda təhsil alan 20 tələbəsi “SOCAR Türkiyə” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçir. “OLAYLAR”-ın xəbərinə görə, Ali Məktəbin 16 tələbəsi “Petkim” Petrokimya Holdinqinə daxil olan müəssisələrdə, 2 tələbəsi “STAR” neft emalı zavodunda, 2 tələbəsi isə “SOCAR Türkiyə” şirkətinin ofisində 2 ay ərzində yay istehsalat təcrübəsi keçmək hüququ qazanıb.

Azərbaycan hərbiçiləri Moskvaya gedib

24 İyul 2017 17:59

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinin bir hissəsi “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçiriləcək “Tank biatlonu” və “Səhra mətbəxi” müsabiqələrində iştirak etmək üçün Moskva şəhərinə yola düşüb. Bu barədə məlumat “OLAYLAR”-a Müdafiə Nazirliyindən daxil olub. Bildirilib ki,  hərbçilərimizdən ibarət digər qrup isə “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün yaxın günlərdə Qazaxıstana yola düşəcək.

Pakistanda bazarda PARTLAYIŞ - 22 ölü, 32 yaralı

24 İyul 2017 17:57

Pakistanın Pəncab vilayətində partlayış baş verib. Trend-in məlumatına görə, vilayətin Lahor şəhərində baş vermiş partlayış nəticəsində 22 nəfər ölüb, 32 nəfər yaralanıb. Partlayış tərəvəz bazarının girişində baş verib. Yaralılardan 11 nəfərinin vəziyyəti ağır qiymətləndilir.

Politoloq: İlham Əliyev Vladimir Putinlə görüşündə Azərbaycanın mövqeyini prinsipial şəkildə ortaya qoydu

24 İyul 2017 17:51

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə ölkəmizin mövqeyini kifayət qədər prinsipial şəkildə ortaya qoyub. Bunu politoloq Fikrət Sadıqov Azərbaycan və Rusiya prezidentlərinin Soçidəki görüşünü şərh edərkən deyib.

“Nalbandyanın Kəlbəcər səfəri dini saxtakarlığa siyasi don geyindirməkdir”

24 İyul 2017 17:47

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan “Qandzasar777” dini mərasimində iştirak adı altında Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna səfəri ilə bağlı məlumat yayıb. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev  məsələyə belə münasibət bildirib: “Ermənistan xarici işlər nazirinin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna gəlməsi və “Qandzasar777” dini mərasimində iştirak etməsi Ermənistan tərəfindən dövlət səviyyəsində tarixi və dini saxtakarlığa siyasi don geyindirilməsinin növbəti nümunəsidir. Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində yerləşən bu alban xristian məbədinin adı “Qandzasar” deyil, “Gəncəsər”dır və erməni qriqoryan kilsəsi ilə heç bir əlaqəsi yoxdur.

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

24 İyul 2017 17:46

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. 

Fransa televiziyasında Qarabağın işğalından danışılıb - VİDEO

24 İyul 2017 17:41

Azərbaycanın Dostları Assosiyasiyasının baş katibi və Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Fransanın Aljanoubia kanalında “Qafqazın Mirvarisi” adlandırılan verilişin qonağı olub. 

ETSN: Ləhiş-Kürdəxanı massivində qanunsuz zibilxana yaranıb

24 İyul 2017 17:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Kürdəxanı bağlar massivində yaşayan bir qrup sakin tərəfindən sözügedən ünvanda tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı şikayət daxil olub. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

İŞİD əsirliyindən qurtaran qadının tükürpədici etirafı — "Altı ay hər gün zorlanmışam"

24 İyul 2017 17:33

İŞİD terror qruplaşmasının əsirliyindən xilas olan yəzidi kürdü qız tükürpədici etiraflar edib. İngilis mətbuatına açıqlama verən 14 yaşlı qızın etirafları insanı dəhşətə gətirir. Qız altı ay boyunca hər gün zorlandığını, işkəncəyə məruz qaldığını göz yaşları içində danışıb.