Bakı Ali Neft Məktəbinin 20 tələbəsi Türkiyədə təcrübə keçir
Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi”, “Neft-qaz mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə 3-cü və 4-cü kurslarda təhsil alan 20 tələbəsi “SOCAR Türkiyə” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçir. “OLAYLAR”-ın xəbərinə görə, Ali Məktəbin 16 tələbəsi “Petkim” Petrokimya Holdinqinə daxil olan müəssisələrdə, 2 tələbəsi “STAR” neft emalı zavodunda, 2 tələbəsi isə “SOCAR Türkiyə” şirkətinin ofisində 2 ay ərzində yay istehsalat təcrübəsi keçmək hüququ qazanıb.
24 İyul 2017 18:00 SosialBakı Ali Neft Məktəbinin "Kimya mühəndisliyi", "Neft-qaz mühəndisliyi" və "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasları üzrə 3-cü və 4-cü kurslarda təhsil alan 20 tələbəsi "SOCAR Türkiyə" şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçir. "OLAYLAR"-ın xəbərinə görə, Ali Məktəbin 16 tələbəsi "Petkim" Petrokimya Holdinqinə daxil olan müəssisələrdə, 2 tələbəsi "STAR" neft emalı zavodunda, 2 tələbəsi isə "SOCAR Türkiyə" şirkətinin ofisində 2 ay ərzində yay istehsalat təcrübəsi keçmək hüququ qazanıb. SOCAR-ın Türkiyədəki müəssisələrində təcrübə keçən tələbələr istehsalat prosesi, tikinti-quraşdırma və tamamlama işləri, fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların iş prosesi ilə yaxından tanış olacaqlar. Tələbələr qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını da öyrənəcəklər.
Qeyd edək ki, tədris zamanı əldə edilmiş nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə hər il BANM-in tələbələri SOCAR-ın idarə və istehsalat müəssisələrində, eləcə də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərdə istehsalat təcrübəsinə cəlb edilirlər.