Gündəm
Bakıda dəniz limanındakı faciə ilə bağlı cinayət işi açıldı
İyulun 22-də Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən quru yük limanında baş vermiş bədbəxt hadisə ilə bağlı cinayət işi açılıb.
İsrail Türkiyədəki təmsilçiliklərini bağladı
İsrail Türkiyə ilə diplomatik əlaqələri dayandırıb. Qüdsdəki Əl-Əqsa məscidi ilə bağlı gərginliyin artması fonunda ölkə Türkiyədəki səfirliyini və konsulluğu bağlayıb. İsrailin "NRG" xəbər portalının siyasi mənbələrə istinadən verdiyi xəbərdə qeyd edilir ki, Xarici İşlər Nazirliyi qabaqlayıcı tədbir kimi bu addımı atıb. Onu da qeyd edək ki, İsrail XİN-i hələlik rəsmi məlumat açıqlamayıb.
Ramil Şeydayev erməni futbolçu ilə komanda yoldaşı olacaq
Ermənistanın istedadlı futbolçularından hesab olunan Vaha Biçaxyan "Jilina" klubuna keçir. Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu klub 18 yaşlı yarımmüdafiəçinin oyununu uzun zaman izlədikdən sonra onu "Şirak" klubundan almaq qərarına gəlib. Transfer 48 saat ərzində reallaşacaq.
Tovuzda yol qəzasında ana ölüb, 3 övladı xəsarət alıb
Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yolun Tovuz rayonu Əyyublu kəndi ərazisindən keçən hissəsində “QAZel” markalı yük avtomobili ilə “Ford” markalı minik avtomobili toqquşub.
Seymur Orucov: “Jurnalistlər Prezidentin göstərdiyi etimada daha adekvat davranmalıdırlar”
“Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev hər zaman olduğu kimi, növbəti dəfə də humanist bir addım atdı. Belə ki, 255 mənzil bir qrup jurnalistə təqdim olundu”. Bunu Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (GB) sədri Seymur Orucov deyib.
Rusiyalı politoloq: “Moskva-Bakı münasibətlərinin inkişafı Rusiyada müəyyən bir qüvvənin ürəyincə deyil”
"Rusiya və Azərbaycan prezidentlərinin Soçidə keçirilən görüşü qəfil, lakin gözlənilən idi. Bu görüş iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakterli olduğunu bir daha təsdiqlədi".
Azərbaycan və Ermənistan prezidentləri görüşsə... - Ermənistanda Qarabağ qorxusu
“Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinlə İlham Əliyevin görüşməsi dipomatik bir addım idi. Soçi görüşünün nəticəsi kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər”, - Publika.az news.am-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Cümhuriyyət Partiyasının sədr müavini Armen Aşotyan partiyanın keçirdiyi mətbuat konfransında deyib.
İƏT XİN rəhbərləri İstanbulda toplaşacaq
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XİN rəhbərlərinin görüşü İstanbulda baş tutacaq. Bu barədə İƏT-dən məlumat verilib. Görüşün avqustun əvvəlinə planlaşdırıldığı qeyd edilib.
Polşada aksiyalar: Prezident yeni qanuna veto qoydu
Polşada minlərlə vətəndaş etiraz aksiyalarına başlayıb. Sakinlər Konsitutsiya Məhkəməsinin iqtidarın nəzarətinə verilməsilə bağlı yeni qanuna etiraz edirlər.
Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Prezident İlham Əliyev ilə Prezident Vladimir Putinin Soçidə keçirilən görüşündə bu mövqe bir daha nümayiş olunub”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünü şərh edərkən səsləndirib: “Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri böyük əhəmiyyət kəsb edir.
“Yay məktəbi”nə əlavə qeydiyyat başa çatıb
“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində təşkil olunan “Yay məktəbi”nin ikinci mərhələsi üçün elan edilən əlavə qeydiyyat başa çatıb. “OLAYLAR”-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, “Yay məktəbi”ndəki boş yerlər üçün qeydiyyat 11-20 iyul tarixlərində aparılıb. VII və VIII sinfi bitirmiş şagirdlər “Məktəblinin dostu”nun Feysbuk səhifəsində yerləşdirilən elektron qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçiblər. Nəticələrə əsasən, ümumilikdə “Yay məktəbi”ndə avqustun 1-dən 31-dək 400-dən artıq şagird iştirak edəcək.
Bərdədə arvadını öldürərək intihar edən şəxs psixi xəstəlikdən əziyyət çəkirmiş
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Bərdə rayonunda baş verən qətl və intihar hadisəsi barədə birgə məlumat yayıb. Məlumatda bildirilir ki, iyulun 24-də, gecə saat 03 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan - 1972-ci il təvəllüdlü Gülbəniz Əliyevanin və övladları - 19 yaşlı Məleykə və 14 yaşlı Muradın ağır bədən xəsarətləri ilə mərkəzi rayon xəstəxanasına gətirilmələri, ananın aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi, həyat yoldaşı 1968-ci il təvəllüdlü Saday Əliyevin isə yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb.
"Başakşəhər"in ilk sınağı, azərbaycanlı hakimlər Buxarestdə
Sabah Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunlara start veriləcək. İki gün ərzində 15 qarşılaşma baş tutacaq. Bunlardan 10-u Çempionlar yolu çərçivəsində keçiriləcək. Öz ölkəsində qızıl medallar qazanan komandalar pley-offa vəsiqələr üçün mübarizə aparacaq. Növbəti mərhələdə bir-biri ilə qarşılaşacaq klublar həm də potensial rəqiblərini tanıyacaq.
Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olub
İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində olan elektron kitabların təqdimatı olub.
“Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyi İlham Əliyevə təşəkkür məktubu göndərdi
Müstəqil Azərbaycan mətbuatının tərəqqisi, milli mətbuatın inkişafı, media nümayəndələrinin sosial təminatının yüksəldilməsi istiqaəmətində atdığınız hər bir addım tədqirəlayiqdir. Xüsusən, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların yeni mənzillə təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz maddi dəstək mediaya olan diqqət və qayğının bariz nümunəsidir.














