Ramil Şeydayev erməni futbolçu ilə komanda yoldaşı olacaq

Ermənistanın istedadlı futbolçularından hesab olunan Vaha Biçaxyan "Jilina" klubuna keçir. Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu klub 18 yaşlı yarımmüdafiəçinin oyununu uzun zaman izlədikdən sonra onu "Şirak" klubundan almaq qərarına gəlib. Transfer 48 saat ərzində reallaşacaq.

Ermənistanın istedadlı futbolçularından hesab olunan Vaha Biçaxyan "Jilina" klubuna keçir. Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu klub 18 yaşlı yarımmüdafiəçinin oyununu uzun zaman izlədikdən sonra onu "Şirak" klubundan almaq qərarına gəlib. Transfer 48 saat ərzində reallaşacaq. Biçaxyanla "Qalatasaray" da maraqlansa da, erməni futbolçu İstanbul nəhənginə keçməkdən imtina etmişdi. Onu "Benfika" və "Zenit" də diqqət mərkəzində saxlayırdı.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31