“Olaylar” qəzeti və “Olaylar” İnformasiya Agentliyi İlham Əliyevə təşəkkür məktubu göndərdi

Müstəqil Azərbaycan mətbuatının tərəqqisi, milli mətbuatın inkişafı, media nümayəndələrinin sosial təminatının yüksəldilməsi istiqaəmətində atdığınız hər bir addım tədqirəlayiqdir. Xüsusən, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların yeni mənzillə təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz maddi dəstək mediaya olan  diqqət və qayğının bariz nümunəsidir.

"Olaylar" qəzeti və "Olaylar" İnformasiya Agentliyinin kollektivi adından

"Möhtərəm cənab Prezident!

Müstəqil Azərbaycan mətbuatının tərəqqisi, milli mətbuatın inkişafı, media nümayəndələrinin sosial təminatının yüksəldilməsi istiqaəmətində atdığınız hər bir addım tədqirəlayiqdir. Xüsusən, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların yeni mənzillə təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyiniz maddi dəstək mediaya olan  diqqət və qayğının bariz nümunəsidir. Əminliklə demək olar ki, hələ dünyanın heç bir inkişaf etmiş ölkəsində mətbuata dövlət qayğısı Azərbaycanda olduğu həddə çatmayıb. Ona görə də Azərbaycan hökumətinin, daha dəqiqi, Sizin bu qətiyyətli iradəniz bir çox dövlətlər üçün örnək hesab olunmalıdır.  Siz "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqında" sərəncam imzalamaqla bir daha Azərbaycanda söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması prinsiplərinə göstərilən hörməti və diqqəti ortaya qoymuş oldunuz.  Əminliklə bildiririk ki, Azərbaycanın dövlət maraqlarını hər şeydən üstün tutan mətbuat orqanı olaraq bundan sonra da Vətənimizin rifahı naminə var gücümüzlə çalışacağıq.

Cənab Prezident, Sizə dərin hörmət və təşəkkürümüzü bildirir, milli mətbuatın, eləcə də  Azərbaycan dövlətinin inkişafı naminə gördüyünüz əvəzsiz  işlərinizdə uğurlar arzulayırıq"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31