“Yay məktəbi”nə əlavə qeydiyyat başa çatıb
“Məktəblinin dostu” pilot layihəsi çərçivəsində təşkil olunan “Yay məktəbi”nin ikinci mərhələsi üçün elan edilən əlavə qeydiyyat başa çatıb. “OLAYLAR”-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, “Yay məktəbi”ndəki boş yerlər üçün qeydiyyat 11-20 iyul tarixlərində aparılıb. VII və VIII sinfi bitirmiş şagirdlər “Məktəblinin dostu”nun Feysbuk səhifəsində yerləşdirilən elektron qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçiblər. Nəticələrə əsasən, ümumilikdə “Yay məktəbi”ndə avqustun 1-dən 31-dək 400-dən artıq şagird iştirak edəcək.
24 İyul 2017 16:42 Sosial"Məktəblinin dostu" pilot layihəsi çərçivəsində təşkil olunan "Yay məktəbi"nin ikinci mərhələsi üçün elan edilən əlavə qeydiyyat başa çatıb. "OLAYLAR"-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, "Yay məktəbi"ndəki boş yerlər üçün qeydiyyat 11-20 iyul tarixlərində aparılıb. VII və VIII sinfi bitirmiş şagirdlər "Məktəblinin dostu"nun Feysbuk səhifəsində yerləşdirilən elektron qeydiyyat linki vasitəsilə qeydiyyatdan keçiblər. Nəticələrə əsasən, ümumilikdə "Yay məktəbi"ndə avqustun 1-dən 31-dək 400-dən artıq şagird iştirak edəcək.
Qeyd edək ki, "Məktəblinin dostu" pilot layihəsi çərçivəsində reallaşdırılan "Yay məktəbi"nin iyulun 3-də açılışı olub. Hazırda "Yay məktəbi"ndə V-VI sinif şagirdləri iştirak edirlər.