Gündəm
Vəkil: "Lapşinin ekstradisiyası hələlik mümkün deyil"
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş Aleksandr Lapşinin ekstradisiyası gündəmdə deyil.
Səbaildə 6 dilənçi saxlanıb
Səbail RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olduqlarına görə 6 nəfər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, saxlanılan şəxslər barədə protokollar tərtib edilib.
Evdən qızıl aparan yaxalanıb
Oğurluqda şübhəli bilinən Lənkəran rayonunun Sütəmurdov kənd sakini Emin Məmmədov tutulub. DİN-dən “Olaylar”a verilən mlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 25-də rayon ərazisindəki evlərdən birindən 470 manat pul, 1000 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sütəmurdov kənd sakini Emin Məmmədov tutulub.
Evlərin qəniminin qolları qandallanıb
Gəncədə oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayından iyul ayınadək olan müddətdə rayon ərazisində 6 evdən məişət əşyaları, 40 metr elektrik naqili, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Röyal Səfərov tutulub. Faktla bağlı araşdırma aparılır.
Komitə sədri tapşırıq verdi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Komitənin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, müşavirədə cari ilin 6 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparıldığı bildirilib.
Maşallah Əhmədovun cəzası 8 ildən 2 ilə endirilib
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara görə, onun cəzası 8 ildən 2 ilə endirilib.
BDU-nun fəaliyyətində nöqsanlar aşkarlandı
Bakı Dövlət Universiteti (BDU) üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı həyata keçirilmiş audit zamanı universitetin fəaliyyətində bir sıra nöqsanlara yol verildiyi aşkarlanıb.
"Azərbaycanın Rusiya ilə əməkdaşlığı bir çox regional və geosiyasi məsələləri həll edə bilər"
"Azərbaycanın Rusiya ilə əməkdaşlığı bir çox iqtisadi, siyasi, regional və geosiyasi məsələləri həll edə bilər". Bunu Rusiya Elmlər Akademiyasının İqtisad İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev deyib.
İran rialı tümənə dəyişdi
İran hökuməti milli pul vahidini tümənə dəyişib. 1 tümən 10 riala bərabərdir. İranda indiyə qədər rial rəsmi pul vahidi olsa da, xalq arasında, adətən, tümən kimi ifadə olunurdu.
Rusiyada kiçik ölçülü qablaşdırmada spirtli içkilərin satışı qadağan ediləcək
Rusiya Səhiyyə Nazirliyi kiçik ölçülü (100-300 ml) qablaşdırmada spirtli içkilərin istehsalının və satışının qadağan edilməsi ilə bağlı təkliflə çıxış edib.
Mətbuat Şurası Prezidentə təşəkkür məktubu göndərdi
Azərbaycan Mətbuat Şurası ölkə Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb. “Olaylar”ın məlumatına görə, məktubda bildirilir ki, dövlət başçısının jurnalistlərlə hər görüşü nəinki ölkəmizin media ictimaiyyəti, bütövlükdə cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan hadisədir.
7 avtomobildən oğurluq edən ələ keçib
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun-iyul ayları ərzində rayon ərazisində 7 avtomobildən akkumulyator, mobil telefon, sənəd və fotoaparat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Şirinov tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, ondan 1,510 qram heroin götürülüb. Araşdırma aparılır.
Arvadı, qızı və oğlunun baltalayan Bərdə sakini özünü asıb
Bərdə rayonunda intihar hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, iyulun 24-də gecə saat 3.00 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan Saday Əliyev evində arvadı Gülbənizə, qızı Məleykəyə və oğlu Murada yatdıqları yerdə küt alətlə xəsarət yetirib və sonra özünü həyətdə asıb. Xəstəxanaya yerləşdirilən Gülbəniz orada ölüb, Məleykə və Muradın vəziyyətləri orta-ağırdır. Araşdırma aparılır.
Sürücü sükan arxasında dünyasını dəyişdi
İyulun 23-də saat 15 radələrində Balakən rayonunun Sarıbulaq kəndi ərazisində rayon sakini Məhəmməd Bağdatov “VAZ-2107” markalı avtomobili idarə edərkən insult keçirdiyindən avtomobili yolun kənarındakı beton maneəyə vurub. DİN-dən “Olaylar”a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb. Balakən RPŞ tərəfindən araşdırma aparılır.
Rusiya ordusundan Azərbaycanla bağlı təzə xəbər
Separatçı Cənubi Osetiya regionunda dislokasiya olunmuş Rusiya hərbi qüvvələri Gürcüstanın Kaspsk rayonunun Karapila kəndi istiqamətində “sərhədlərin demarkasiyası” adı altında irəliləyərək Azərbaycanın Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsini öz nəzarəti altına alıb. Virtualaz.org xəbər verir ki, bu barədə “Rezonansi” qəzeti yazır. Məlumatı Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti təsdiqləyib.














