Rusiyada kiçik ölçülü qablaşdırmada spirtli içkilərin satışı qadağan ediləcək
Rusiya Səhiyyə Nazirliyi kiçik ölçülü (100-300 ml) qablaşdırmada spirtli içkilərin istehsalının və satışının qadağan edilməsi ilə bağlı təkliflə çıxış edib.
24 İyul 2017 16:05 DünyaRusiya Səhiyyə Nazirliyi kiçik ölçülü (100-300 ml) qablaşdırmada spirtli içkilərin istehsalının və satışının qadağan edilməsi ilə bağlı təkliflə çıxış edib. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, səhiyyə nazirinin müavini Dmitri Kostennikovun fikrincə, bu çox faydalı addım olacaq. Məmurların irəli sürdüyü təklif belə əsaslandırılır ki, kiçik ölçüdə və daha ucuz satılan spirtli içkilərin satışdan yığışdırılması alkoqolizmin qarşısını ala bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31