Göyçay rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb-Özəl

Göyçay 2 saylı mediasiya təşkilatının "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Göyçay 2 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. Müdiasiya Şurasından "Olaylar"a bildirilib ki, Göyçay və Ucar rayonu üzrə vətəndaşlar 29 sentyabr 2026-cı ildən etibarən Göyçay 2 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.

Göyçay 2 saylı mediasiya təşkilatının məlumatları:

Təşkilatın direktoru: Kərimov Akif Məmməd oğlu

Ünvan: Göyçay şəhəri, Nizami küçəsi, ev 111

Telefon: +994 (55) 575 74 15

E-mail: [email protected]

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31