İsrail Türkiyədəki təmsilçiliklərini bağladı

İsrail Türkiyə ilə diplomatik əlaqələri dayandırıb. Qüdsdəki Əl-Əqsa məscidi ilə bağlı gərginliyin artması fonunda ölkə Türkiyədəki səfirliyini və konsulluğu bağlayıb. İsrailin "NRG" xəbər portalının  siyasi mənbələrə istinadən verdiyi xəbərdə qeyd edilir ki, Xarici İşlər Nazirliyi  qabaqlayıcı tədbir kimi bu addımı atıb.  Onu da qeyd edək ki, İsrail XİN-i hələlik rəsmi məlumat açıqlamayıb.

Xatırladaq ki,  14 iyulda  "Məscidi-Əqsa"da atışma çıxmış, 3 fələstinli və 2 İsrail polisi ölmüşdü. Bu hadisədən sonra Türkiyə İsrailə qarşı sərt çıxış etmişdi. Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31