Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, iclasdaAzərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 7-nə təyin edilmiş iclasında baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31