İtkin düşən 6 tələbədən hələ də xəbər yoxdur

Qazaxıstanın Abılay Xan Universitetinin 6 tələbəsi Misirdə itkin düşüb. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov məlumat verib. O qeyd edib ki, 2 tələbə iyulun 11-də dil kurslarında təhsil almaq üçün Qahirəyə gedib. Onlar tədris alacaqları məktəbin daha 4 tələbəsi ilə bir mənzildə yaşayırdılar.

İyulun 20-dən bugünə qədər 6 tələbənin heç birindən xəbər yoxdur. Qazaxıstan hökuməti o andan axtarışlara başlayıblar. "Biz vətəndaşlarımızın yerinin müəyyənləşdirilməsi istiqamətində kömək göstərmələri xahişi ilə Misirin Xarici İşlər Nazirliyinə nota göndərmişik və onlardan cavab gözləyirik", - deyə Anuar Jaynakov mətbuata bildirib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31