Pomidorun qiymətinin artmaması üçün hökumətdən QƏRİBƏ ADDIM

Hindistanın Madya Pradeş əyalətində pomidorun qiyməti sürətlə artmaqdadır. Bu məhsulu almağa maddi imkanı çatmayan əhali isə bazarlardan oğurluq etməyə başlayıb. Dövlət pomidor oğurluğunun qarşısını almaq üçün tərəvəz piştaxtalarına silahlı mühafizəçi təyin edib. Əslində Madya Pradeşdə bu il pomidor istehsalı çox yüksək olub. İstehsalın bolluğu səbəbilə qiymətlər də aşağı düşüb. Buna görə bir çox fermer satılmayan məhsullarını çölə tökməyə məcbur olub.

Ancaq pomidorun mövsümünün keçməsi və şiddətli yağışların məhsul tarlalarına zərər verməsi səbəbilə məhsul qıtlığı yaşanıb və bu ay qiymətlər sürətlə qalxıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31