"Azərbaycan və Rusiya arasında mehriban münasibətlər hər iki ölkə üçün faydalıdır”
“Azərbaycan və Rusiya qonşu dövlətlərdir və onlar arasında mehriban münasibətlərin olması hər iki ölkə və xalq üçün faydalıdır”. Bunu Milli Məclisin deputatı Musa Qasımlı Azərbaycan və Rusiya dövlət başçılarının Soçi görüşünü şərh edərkən deyib.
25 İyul 2017 11:17 Siyasət"Azərbaycan və Rusiya qonşu dövlətlərdir və onlar arasında mehriban münasibətlərin olması hər iki ölkə və xalq üçün faydalıdır". Bunu Milli Məclisin deputatı Musa Qasımlı Azərbaycan və Rusiya dövlət başçılarının Soçi görüşünü şərh edərkən deyib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri, Vladimir Putinlə keçirdiyi görüşlər və müzakirə edilən məsələlər həm ikitərəfli, həm də regional əməkdaşlıq və mövcud problemlərin həlli istiqamətində addımlardan biri kimi qiymətləndirilə bilər.
Azərbaycanla Rusiya arasında ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini deyən M. Qasımlı söyləyib ki, iki ölkənin dövlət başçıları arasında yaxşı şəxsi münasibətlərin olması da qeyd edilməlidir: "Bu baxımdan Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan dairələrə, xüsusən Rusiyanın dövlət və hökumət qurumlarında, KİV-lərində özünə yuva qurmuş erməni lobbisi və diaspor nümayəndələrinə də cavabdır. Hesab edirəm ki, Rusiya dövlət adamları və ictimai xadimləri nəhayət, ermənilərin onlara hansı ziyanlar vurduğunu anlamalıdırlar. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın fəallığının bu görüşdən sonra artacağını da ümid etmək olar". Sia.az