45 nəfər həbs olundu
Türkiyənin Adana şəhər prokurorluğunda FETÖ terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, aparılan əməliyyat istintaq çərçivəsində terror təşkilatının şifrəli rabitə əlaqəsi olan “ByLock” istifadəçiləri həbs olunub.
25 İyul 2017 12:26 DünyaTürkiyənin Adana şəhər prokurorluğunda FETÖ terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib. "Olaylar" "Anadolu" agentliyinə istinadən bildirir ki, aparılan əməliyyat istintaq çərçivəsində terror təşkilatının şifrəli rabitə əlaqəsi olan "ByLock" istifadəçiləri həbs olunub.
Qaçaqçılıq və Təhlükəsizlik Müdirliyi, Mütəşəkkil cinayətlərlə Mübarizə qrupları Adana şəhər mərkəzində 65 ayrı - ayrı ünvanda apardığı əməliyyat zamanı 45 nəfər saxlanılıb. İstintaq çərçivəsində daha 20 şübhəli axtarılır.