Cəbrayılın azad edilməsi sonrakı hərbi əməliyyatların aparılmasına imkanlar yaratdı- ÖZƏL

"2020-ci il Vətən müharibəsi zamanı xalqın etimadına söykənən və ordumuzun qüdrətinə güvənən  Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bənzərsiz sərkərdəlik məharəti və siyasi iradəsi sayəsində həyata keçirilmiş hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun kəndləri, 4 oktyabrda isə Cəbrayıl şəhəri işğaldan azad edildi"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Bu qələbə regionda sonrakı hərbi əməliyyatların aparılması və digər ərazilərin azad olunması üçün mühüm imkanlar yaratdı. Cəbrayıl ərazisində yerləşən qədim Xudafərin körpülərində Azərbaycan bayrağının dalğalanması isə tarixi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır.
Azadlıqdan sonra Cəbrayıl rayonunda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Yeni yollar, yaşayış məhəllələri, məktəblər, sosial obyektlər və sənaye müəssisələri yaradılır. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı çərçivəsində şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması nəzərdə tutulur. Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərində də yeni yaşayış məntəqələrinin salınması istiqamətində işlər həyata keçirilir. Rayonda sənaye və enerji potensialının inkişafına da xüsusi diqqət yetirilir. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı, yeni elektrik yarımstansiyaları, günəş elektrik stansiyaları və nəqliyyat infrastrukturu Cəbrayılın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq layihələr sırasındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31