Fransız tətilləri maraqla qarşılandı
Milli İncəsənət Muzeyi tolerantlıq mədəniyyəti və multikultural dəyərlərin qorunması və təbliği məqsədilə “Muzeylər mədəniyyətlər arasında körpüdür” layihəsinə start verib. Layihənin ikinci buraxılışı olan “Fransız tətilləri” proqramı böyük maraqla qarşılanıb. Muzeydən “Olaylar” – a bildirilib ki, proqramın açılışında uşaqlar üçün dostluq və xeyirxahlıqdan bəsh edən “Bənövşə” kölgə teatrının tamaşası təqdim olunub. Tamaşanın ardından uşaqlar valideynlərin müşayiəti ilə ustad dərslərinə qoşuldular. Şüşə üzərində rəngarəng boyalarla işığın, kamilliyin, qələbənin rəmzi olan və fransız krallarının gücünü təccəssüm etdirən “flör de lis”- zanbaq gülünün təsviri yaradıldı. Uşaqlar rəngli makaronlardan Parisin ən tanınmış memarlıq abidəsi - Eyfel qülləsinin kiçik surətini düzəltdilər.
25 İyul 2017 13:33 MədəniyyətMilli İncəsənət Muzeyi tolerantlıq mədəniyyəti və multikultural dəyərlərin qorunması və təbliği məqsədilə "Muzeylər mədəniyyətlər arasında körpüdür" layihəsinə start verib. Layihənin ikinci buraxılışı olan "Fransız tətilləri" proqramı böyük maraqla qarşılanıb. Muzeydən "Olaylar" - a bildirilib ki, proqramın açılışında uşaqlar üçün dostluq və xeyirxahlıqdan bəsh edən "Bənövşə" kölgə teatrının tamaşası təqdim olunub.
Tamaşanın ardından uşaqlar valideynlərin müşayiəti ilə ustad dərslərinə qoşuldular. Şüşə üzərində rəngarəng boyalarla işığın, kamilliyin, qələbənin rəmzi olan və fransız krallarının gücünü təccəssüm etdirən "flör de lis"- zanbaq gülünün təsviri yaradıldı. Uşaqlar rəngli makaronlardan Parisin ən tanınmış memarlıq abidəsi - Eyfel qülləsinin kiçik surətini düzəltdilər.
Valideynlər üçün Fransa və Azərbaycan mədəniyyəti arasında körpü yaradan Toğrul Nərimanbəyov yaradıcılığına həsr olunmuş "Paris xatirələri" adlı mühazirə təqdim olundu.
Gün ərizində uşaqlar bərpaçı-rəssam Samir Talıbovla birgə Paris eskizlərini yaratdılar.