ABŞ əsgərlərinin İordaniyada öldürülməsinin ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO

İordaniya ordusu bir əsgərinin 3 amerikalı əsgəri öldürdüyü anın video görüntülərini yayıb. Video paylaşılmadan əvvəl ABŞ əsgərlərinin ailələrinə göstərilib. Görüntülərdə ABŞ əsgərlərinin bazaya giriş zamanı atəşə məruz qaldığı diqqət çəkir.

Əsgərlərdən ikisi maşından çıxaraq gizlənməyə çalışır, əllərini qaldırır, ancaq atəş davam edir. Qapıya yaxın maşındakı iki əsgər Matyu Levelen və Kevin Makroe ilk vurulanlar olur. Digər əsgər Ceyms Moriartinin maşından çıxıb, tapançasıyla iordaniyalı əsgərə qarşılıq verməsi də nəticəsiz qalır. Amerikalı əsgərlərin yaxınları onların atışma zamanı "biz dostuq" deyə qışqırdıqlarını, buna baxmayaraq atəşin davam etdiyini söyləyib. Ötən il noyabrın 4-də əsgərlərin hərbi bazaya girdiyi ərəfədə baş verən hadisəni çavuş Mari El-Tuvayha tərədib. O, İordaniya hərbi məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, iordaniyalı əsgər hücuma məruz qaldığını düşünərək müdafiə məqsədilə atəş açdığını ifadə etmişdi. Öldürülənlər amerikalı hərbi təyyarəçilər idi. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31