Rusiyada müsəlman məhkum bir neçə arvadı ilə növbə ilə görüş tələb edir
Rusiyanın Nijni Tagil şəhərində 5 saylı islah müəssisəsində məhkumluq həyatı yaşayan 14 məhbus aclıq elan edib.
25 İyul 2017 15:27 DünyaRusiyanın Nijni Tagil şəhərində 5 saylı islah müəssisəsində məhkumluq həyatı yaşayan 14 məhbus aclıq elan edib. Virtualaz.org Sverdlovsk vilayəti prokurorluğunun məlumatına əsasən xəbər verir ki, məhbuslar həbsxanadakı rejimdən və yaxınları ilə görüş imkanı verilməməsindən şikayətlənirlər.
Prokurorluqdan bildirildiyinə görə, aclıq edənlərdən biri - keçmiş sovet respublikalarının birindən olan müsəlman məhbus bir neçə arvadı ilə növbə ilə görüş tələbi irəli sürüb. Qeyd olunur ki, həmin tələb Rusiya qanunlarına zidd olduğu üçün yerinə yetirilə bilməz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31