Gündəm

16 yaşlı qız 37 adam öldürmüş manyak-pedofilə vurulub ona ərə getdi

25 İyul 2017 16:37

Ukraynada 16 yaşlı qız seksual manyaka vurularaq onunla evlənib. Yelena pedofil və pozğun həyat tərzi keçirən Sergey Tkaçı ilk dəfə televizorda görüb.

Tramp Ukraynanı günahlandırdı və baş prokurora göstəriş verdi

25 İyul 2017 16:34

ABŞ prezidenti Donald Tramp bu gün bildirib ki, ölkənin baş prokuroru Ceff Seşns, Amerika liderinin fikrincə, demokrat Hillari Klintonu dəstəkləmiş Ukrayna hakimiyyətinin hərəkətlərini araşdırmalıdır. Bu barədə Tramp özünün “Twitter” mikrobloqunda yazıb.

Yaqub Mahmudov: “Rusiya Cənubi Qafqaz siyasətində erməni faktorundan əl çəkməlidir”

25 İyul 2017 16:31

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun açıqlamasını təqdim edirik: Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətlərini daha da inkişaf etdirmək və dərinləşdirmək siyasətini alqışlayırıq. Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafı Rusiyanın Şərq siyasətinə də müsbət təsir göstərə bilər.

“Aşıq Ələsgəri kürd çıxaran Nazirin məqsədi nədir?” – ETİRAZ

25 İyul 2017 16:23

Mən Nazir Əhmədlinin “Haqq nahaq seçilər haqq divanında” kitabını oxumuşam. Kitab Azərbaycanın mədəni irsinə böyük şəkk-şübhə gətirməyə xidmət edir. Bu kitabın sifarişlə yazıldığını düşünürəm.

Sənayeləşmə siyasəti uğurla həyata keçirilir

25 İyul 2017 16:18

Dövlət başçısının uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye parkları və sənaye zonalarının yaradılması davam etdirilir. Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,2 milyard dollar təşkil edən 10 müəssisəyə rezident statusu verilmişdir. 2013-cü ildə fəaliyyətə başlamış və 760 nəfərdən çox işçinın çalışdığı “Azertexnolayn” zavodunda təkcə bu ilin 6 ayı ərzində 65 mln. manatlıq məhsul istehsal olunmuşdur. Sənaye Parkında bu il daha 5 müəssisə, 2018-ci ildə isə 3 müəssisə fəaliyyətə başlayacaqdır. Bu müəssisələrdə 900-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.

Azərbaycan mətbuatı inkişaf dövrünü yaşayır

25 İyul 2017 16:16

Bu gün müstəqil Azərbaycanda söz və ifadə azadlığı yüksək səviyyərə təmin olunur. Etiraf edilməlidir ki, Azərbaycanda demokratiyanın təməl prinsiplərindən olan söz və mətbuat, informasiya əldə etmək, sərbəst toplaşmaq kimi azadlıqların təmin olunması sahəsində atılan addımlar bir sıra ölkələr üçün örnək hesab oluna bilər.

Mərakeş Krallığı Tərcümə Mərkəzində

25 İyul 2017 16:14

İyulun 25-də Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüşdə Azərbaycanla ərəb dünyası arasında müxtəlif sahələrdə qurulan əlaqələrdən söz açılıb. Məhəmməd Adil Embarş Tərcümə Mərkəzinin fəaliyyəti barədə çox eşitdiyini söyləyib.

İŞİD-çilərə dəhşətli cəza

25 İyul 2017 16:13

Suriyanın İdlib şəhərində Əl-Qaidə terror təşkilatının Suriya qolu olan Əl-Nusra üzvləri İŞİD terror təşkilatının döyüşçülərini edam edib. Edam edilən 2 nəfər bombalı hücumlarda günahkar bilinir. Əl-Nusra edamı lentə alaraq sosial şəbəkələrdə paylaşıb. Başqa edamların icra olunacağını da istisna edilməyir.

Neymarın PSJ-dən tələbləri

25 İyul 2017 16:08

Neymar PSJ-yə gəlmək üçün rəhbərlikdən 4 futbolçu transfer etməsini istəyib. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

YouTube-dan gözlənilməz qərar

25 İyul 2017 16:04

"YouTube" videoredaktor bölməsi və slayd şouların yaradılması üçün funksiyanın fəaliyyətini dayandırmaq qərarına gəlib.

“Lotu Quli”nin yeznəsi ilə bağlı QƏRAR VERİLDİ

25 İyul 2017 15:59

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yeznəsi Vidadi Hüseynov vaxtından əvvəl azadlığa buraxılıb. 1 saylı istintaq təcridxanasında saxlanılan Vidadi Hüseynovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəmə qərar qəbul edib. Qərara görə, Vidadi Hüseynov cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, saxlandığı istintaq təcridxanasından azadlığa buraxılıb.

Beynəlxalq Valyuta Fondunun mərkəzi ofisi Çinə köçə bilər - ABŞ-ı çökdürəcək

25 İyul 2017 15:56

Beynəlxalq Valyuta Fondunun (İMF) rəhbəri Kristina Laqarde Qlobal İnkişaf Mərkəzinin Vaşinqtondakı tədbirində önəmli açıqlamalar verib. O, Çinin və digər nəhəng dövlətlərin böyüməkdə olan bazarlarının inkişaf trendinin davam edəcəyi təqdirdə, yaxın gələcəkdə Valyuta Fondunun mərkəzinin Vaşinqtondan Pekinə köçürüləcəyini deyib.

Dünya futbol tarixinin ƏN BAHALI TRANSFERİ reallaşdı

25 İyul 2017 15:47

Fransa təmsilçisi "Monako"nun gənc forvardı Kilian Mbappe "Real Madrid"ə gəlir.

Ermənistan döyüş PUA-dan istifadə etdi: azərbaycanlı hərbçi yaralandı

25 İyul 2017 15:45

Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər.

“Soçi görüşü Qarabağ münaqişəsinin həllində Rusiya faktorunun güclənməsinə çox böyük yardım edəcək”

25 İyul 2017 15:42

“Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksək səviyyədə olub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Rusiya ilə münasibətlər xarici siyasətin prioritet istiqamətlərindən olub”.