“Soçi görüşü Qarabağ münaqişəsinin həllində Rusiya faktorunun güclənməsinə çox böyük yardım edəcək”

“Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksək səviyyədə olub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Rusiya ilə münasibətlər xarici siyasətin prioritet istiqamətlərindən olub”.

"Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksək səviyyədə olub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Rusiya ilə münasibətlər xarici siyasətin prioritet istiqamətlərindən olub".

Bu fikirləri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O qeyd edib ki, iki ölkə problemləri danışıqlar yolu ilə, bir-birinin maraqlarını nəzərə alaraq həll etməyə çalışıblar: "Hesab edirəm ki, Azərbaycan-Rusiya münasibətləri digər dövlətlər üçün nümunə olar bilər. İki ölkə arasında hansısa məsələdə anlaşılmazlıq yaranarsa razılığa gəlmək, onları diplomatik yolla həll etmək mümkün olub". Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən danışan deputat qeyd edib ki, görüş iki dövlətin bundan sonra da dostluq, əməkdaşlıq ruhunda hərəkət etmək istəyini ortaya qoydu: "Bu qeyri-rəsmi görüş olsa da, münasibətlərin bütün sahələri nəzərdən keçirildi. Azərbaycan üçün ağrılı olan Dağlıq Qarabağ problemi, Ermənistanın davam edən işğalı Rusiya tərəfi ilə ciddi şəkildə müzakirə edildi. Hesab edirəm ki, bu görüş həm əlaqələri möhkəmləndirməyə, həm  maraq doğuran məsələlər haqda fikir mübadiləsi  etməyə, həm də Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya faktorunun güclənməsinə çox böyük yardım edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31