Gündəm

Ermənistanın hakim partiyasının deputatı: “Danışıqlarda hər şey Azərbaycana bağlıdır”

25 İyul 2017 17:13

Ermənistanda iqtidar partiyasını təmsil edən millət vəkili Mihran Hakobyan Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistan və Azərbaycan prezidentlərinin mümkün görüşünü şərh edib.

Əhalinin ərzaq təminatını yerli istehsal hesabına ödənilməsinə nə maneə olur?

25 İyul 2017 17:11

Prezident İlham Əliyev tərəfindən böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan ənənəvi sahələrin inkişaf etdirilməsi, pambıq sahələrinin genişləndirilməsi, heyvandarlıq, baramaçılıq, üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulmuşdur. Bu tapşırıqların icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır. Bununla yanaşı, dövlət başçısının tapşırığına əsasən,suvarma işlərinin maksimum dərəcədə yüksək səviyyədə aparılması üçün layihələr həyata keçirilir. Bu məqsədlə Dövlət İnvestisiya Proqramına uyğun olaraq, müvafiq vəsaitlər ayrılmışdır.

Milli-mənəvi dəyərlər hər bir xalqın fiziki və mənəvi varlığıdır

25 İyul 2017 17:09

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Humanitar Araşdırmalar İctimai Birliyi yeni layihəyə start verib. ”Mətbuatda və sosial mediada milli-mənəvi dəyərlərin qorunması” adlanan layihədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Avropada qanuni yaşamaq istəyənlərə — ŞAD XƏBƏR

25 İyul 2017 17:06

Dünya Azərbaycanlıları Assambleyası (DAA) Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Katibliyi tərəfindən Avropa İttifaqının (Aİ) qeyri-AB vətəndaşlarının hüquqi miqrasiyası ilə bağlı qanunvericiliyi ilə əlaqədar keçirilən müzakirələrində iştiraka dəvət olunub. Bu barədə “Ölkə.Az”-a DAA-dan məlumat verilib. 

Mumbay gömrüyündə qalmaqal — "Qızıl tumanlı" qaçaqmalçı qadınlar həbs edildi

25 İyul 2017 17:05

Mubay gömrüyündə qaçaqmalçı qadınlar həbs edilib.  Həbs edilən qadınlar alt paltarlarında, daha dəqiq desək tumanlarında 4 kq qızılı keçirmək istəyiblər. Amma gömrük işçiləri onların arzusunu ürəyində qoyublar. Qadınlar qızıl tumanları ilə birlikdə saxlanılıblar.

4 Körfəz ölkəsindən Qətərə yeni siyahı — Terror siyahısına əlavələr edilib

25 İyul 2017 17:02

Qətərə embarqo tətbiq edən Körfəz ölkələri yeni siyahı hazırlayıblar.  Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ daha əvvəlcə açıqlanan terror siyahısına 9 qurum və 9 nəfərin adını əlavə ediblər. 4 ölkənin yayımladığı birgə bəyanatda deyilir: "Terrora qarşı mübarizə və terrorun mənbəyini qurutmaq cəhdi çərçivəsində Qətərlə birbaşa və ya dolayı yolla əlaqəsi olan 9 qurum və 9 şəxs terror siyahısına əlavə edilib".

Avropa İttifaqı Körfəzə səsləndi — "Qətər böhranını dialoq vasitəsilə həll edin"

25 İyul 2017 17:00

Avropa İttifaqı Qətər böhranı ilə bağlı yeni açıqlama verib. "Ölkə.Az" xəbər verir ki, İttifaqdan bildiriblər ki, Qətər ətrafında yaranan böhranın həlli üçün Küveytin vasitəçiliyi ilə danışıqlar dərhal başlamalıdır. Tərəflər aralarında daha effektiv terrorizm əleyhinə yanaşma mövzusunda razılığa gəlməlidirlər. Bu bəyanatı Aİ diplomatik korpusunun sədri Federika Mogerini verib.

“Wi-Fi” insan emosiyalarını müəyyənləşdirməyə kömək edəcək

25 İyul 2017 17:00

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri “Wi-Fi” şəbəkəsi və süni intellekt vasitəsilə insanın keçirdiyi hissləri müəyyənləşdirməyə imkan verən alqoritm yaradıblar. “EQ Radio” adlanan sistem elektrokardioqram cihazı kimi işləyir: radiotezlik şüalandırıcısı ürək əzələsinin yığılmasını aşkarlayır, süni intellekt isə əldə olunan informasiyanı interpretasiya edir.  Yeni sistem bir tərəfdən elektrokardioqram aparatından fərqli olaraq elektrodların insan bədəninə qoşulmasını tələb etmir - onun emosional vəziyyətini naqillərsiz müəyyənləşdirir. Digər tərəfdən, alqoritmlər ürək döyüntüsünün ritmini elektrokardioqraf kimi dəqiq təyin edə bilmir. Belə ki, alqoritmlər konteksti, məsələn, otağın ölçüsünü və insanın olduğu yeri nəzərə almalı olur.      

Ağ evdə istefa dalğası — Reks Tillerson vəzifəsini tərk edə bilər - ŞOK İDDİA

25 İyul 2017 16:58

ABŞ-ın dövlət katibi Reks Tillerson təcili surətdə tutduğu vəzifəni tərk edə bilər. ABŞ-ın xarici işlər naziri prezident Donald Trampla arasında yaranan anlaşılmazlığa görə istefa verəcək. Bu barədə "CNN" kanalı məlumat yayıb. Kanalın məlumatına əsasən Ağ evin İranla dialoq qurmaq və administrasiya daxilində kadr siyasəti məsələlərində Trampla ciddi fikir ayrılıqları başlayıb. Bundan başqa dövlət katibi prezidentin baş prokuror Ceff Seşns ünvanına səsləndirdiyi bəyanatı qeyri-peşəkar adlandırıb.

Səfir: Azərbaycan-Almaniya münasibətlərini genişləndirmək üçün daha böyük potensial var

25 İyul 2017 16:56

Azərbaycan və Almaniya arasında hazırda bütün sahələrdə sıx əlaqələr mövcuddur, eyni zamanda bu münasibətləri daha da genişləndirmək üçün daha böyük potensial var.

Plyonkaya görə 14 sürücü cərimələndi

25 İyul 2017 16:54

Ötən gün avtomobilin şüşələrinə plyonka çəkərək idarə edən 14 sürücü saxlanılıb və onların avtomobilləri cərimə meydançasına aparılıb.

"Aeroflot" əməkdaşları etiraz aksiyası keçirir - TƏLƏB əmək haqqı artırılsın

25 İyul 2017 16:52

Rusiyanın "Aeroflot" aviaşirkətinin əməkdaşları etiraz aksiyası təşkil edib.

Ermənistanda qubernatorun müşaviri itkin düşüb

25 İyul 2017 16:48

Ermənistanın Armavir vilayətinin qubernatorunun müşaviri Manuk Simonyan itkin düşüb. APA-nın “Novosti Armenii” agentliyinə istinadən verdiyi məlumata görə, polis artıq M. Simonyanın axtarışlarına başlayıb.

Ermənistanda abituriyentlərin sayı azalır

25 İyul 2017 16:45

Ermənistanda ali məktəblərə qəbul olmaq üçün sənəd verən abituriyentlərin sayı tədricən azalır. APA-nın Ermənistanın “Joxovurd” qəzetinə istinadən verdiyi məlumata görə, əgər keçən il ali məktəblərə 17. 649 abituriyent qəbul olubsa, bu il bu rəqəm 8. 266 olub. Nəticədə dövlət ali məktəblərində hələ də 11 min 375 vakant yer qalıb.

Gürcüstanın keçmiş müdafiə naziri: “Rusiya ordusunun irəliləməsi Azərbaycan üçün siqnaldır”

25 İyul 2017 16:42

“İşğal altında olan Gürcüstan ərazilərində Rusiyanın hərbi manevrlərini və irəliləməsini bütün region, o cümlədən Azərbaycan və İran üçün siqnal kimi qiymətləndirmək olar”, - “Gürcüstan-Onlayn” nəşri bildirir ki, bunu Gürcüstanın keçmiş müdafiə naziri, nüfuzlu “İslahatçılar klubu”nun qurucusu Dmitri Şaşkin deyib.