Ağ evdə istefa dalğası — Reks Tillerson vəzifəsini tərk edə bilər - ŞOK İDDİA
ABŞ-ın dövlət katibi Reks Tillerson təcili surətdə tutduğu vəzifəni tərk edə bilər. ABŞ-ın xarici işlər naziri prezident Donald Trampla arasında yaranan anlaşılmazlığa görə istefa verəcək. Bu barədə "CNN" kanalı məlumat yayıb. Kanalın məlumatına əsasən Ağ evin İranla dialoq qurmaq və administrasiya daxilində kadr siyasəti məsələlərində Trampla ciddi fikir ayrılıqları başlayıb. Bundan başqa dövlət katibi prezidentin baş prokuror Ceff Seşns ünvanına səsləndirdiyi bəyanatı qeyri-peşəkar adlandırıb.
25 İyul 2017 16:58 DünyaABŞ-ın dövlət katibi Reks Tillerson təcili surətdə tutduğu vəzifəni tərk edə bilər. ABŞ-ın xarici işlər naziri prezident Donald Trampla arasında yaranan anlaşılmazlığa görə istefa verəcək. Bu barədə "CNN" kanalı məlumat yayıb. Kanalın məlumatına əsasən Ağ evin İranla dialoq qurmaq və administrasiya daxilində kadr siyasəti məsələlərində Trampla ciddi fikir ayrılıqları başlayıb. Bundan başqa dövlət katibi prezidentin baş prokuror Ceff Seşns ünvanına səsləndirdiyi bəyanatı qeyri-peşəkar adlandırıb.
Mənbə bildirir ki, Tillerson yaxın dostları ilə söhbətdə ilin sonuna qədər tutduğu postdan gedəcəyini söyləyib. Telekanalın iddiasına görə, Tillerson istefadan əvvəl dövlət departamentində yenidənqurma işləri aparılacaq. Onun fikrinə görə qurumda nizam-intizam yoxdur. Diplomatik korpusun əməkdaşları qərar qəbul etməkdən yayınırlar. Ölkə.az