Gündəm

İŞİD-ə qoşulmaq üçün Azərbaycandan keçmək istəyən şəxs tutuldub

25 İyul 2017 18:13

Azərbaycandan keçərək Suriyaya gedib İŞİD qruplaşmasına qoşulmaq istəyən şəxs Rusiyada saxlanılıb. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kabardin-Balkar üzrə Sərhəd Qoşunları İdarəsi məlumat yayıb.

Lənkaranda evlərə qənim kəsilən tutulub

25 İyul 2017 18:05

Lənkaranda oöğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 19-dan iyunun 28-dək olan müddətdə rayon ərazisindəki 2 evdən ümumilikdə 2000 manat və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Bağırov tutulub.

Şəmkirdə “çətənə əməliyyatı” keçirilib

25 İyul 2017 18:04

Şəmkir sakininin həyətində narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Şəmkir RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Könüllü kənd sakini Laçın Abbasova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 42 ədəd çətənə kolu  aşkar edilib. Aşkar edilən çətənə kolları məhv edilib.

Avtomobil qaçırmaqda şübhəli bilinən tutulub

25 İyul 2017 18:02

İyulun 24-də saat 13 radələrində İsmayıllı şəhərinin ərazisindən şəhər sakini Nəsib Məmmədova məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 21 radələrində Şəki rayonunun İnçə kəndi ərazisində tapılıb, onu qaçırmaqda şübhəli bilinən Şəki rayon sakini Rəcəb İslamov tutulub. Araşdırma aparılır. 

Soyğuçuluqla məşğul olan şəxs saxlanıb

25 İyul 2017 18:01

Bərdə rayonunda soyğunşuluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, iyulun 24-də Bərdə şəhər bazarında şəhər sakini Mübariz Qurbanova zor tətbiq edərək mobil telefonunu almaqda şübhəli bilinən Ucar rayon sakini Bəhruz Abdullayev Bərdə RPŞ-nin əməkdaşları tərəfindən tutulub. Ondan 20,5 qram heroin götürülüb.

Oğuz sakini həmyerlisini güllələyib

25 İyul 2017 17:57

Oğuz rayonunda güllələmə hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, iyulun 24-də Oğuz rayonunun Yaqublu kəndində kənd sakini Ramil Namazov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Laçın İsayevin döş nahiyəsinə xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən L.İsayevin vəziyyəti ağırdır.

Həbsxanaya narkotik keçirmək cəhdinin qarşısı alınıb

25 İyul 2017 17:55

Penitensiar Xidmətin Baş idarəsinin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Daha 7 dövlət əmlakı satıldı

25 İyul 2017 17:54

Əmlak Məsələləri Dövlət Komitəsi  növbəti belə hərracını 25 iyulda keçirib. “Olaylar” xəbər verir ki, hərracda özəlləşdirilən əmlaklardan 7-si kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir.

Qənirə Paşayevaya Aksaray və Kapadokyanın fəxri vətəndaşlığı verildi

25 İyul 2017 17:52

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayevaya Aksaray vilayətinin fəxri vətəndaşı statusu verilib. “Olaylar” xəbər verir ki, millət vəkilinə Fəxri Vətəndaşlıq Aksaray bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən verilib. Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı bildirib ki, Q.Paşayeva Türk dünyası üçün göstərdiyi xidmətləri, beynəlxalq arenada çıxışlarında  hər zaman Türkiyəyə dəstəyi, Aksarayın tanıdılması işi, Azərbaycanla Türkiyə arasında, Azərbaycanla Türkiyənin Aksaray vilayəti arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Aksarayın Fəxri Vətəndaşlığına layiq görülüb.

Oqtay Əsədov İrana gedir

25 İyul 2017 17:50

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov İrana səfər edəcək. Bu barədə İranın Azərbaycandakı səfirliyininin mətbuat xidmətinin rəhbəri Mühəmməd Rza Nəcəfi  məlumat verilib. Onun sözlərinə görə, avqust  ayında Milli Məclisin sədriOqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfər edəcək.

Sərinləşdirici içkilərə kimyəvi maddələr qatılır

25 İyul 2017 17:47

Baxmayaraq ki, ilin bütün fəsilləsində satış mərkəzlərində istehlakçılara müxtəlf növ sular təklif olunur, ancaq yay fəalinin gəlişi ilə əlaqədar olaraq insanların suya olan tələbatı artmağa başlayıb. Bu gün ölkə bazarında müxtəlif çeşiddə sular satılır, lakin  fərqinə varmadan onlardan isifadə edən istehlakçılar bu suların hansı fəsadlara yol açmasından  bəlkə də xəbərsizdir. Yeri gəlmişkən qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ildə 2 milyona yaxın insan təhlükəsiz hesab etdiyimiz sudanzəhərlənib ölür, 1 milyard insan isə su vasitəsilə  xəstəlik tapır.

Uşaqlar niyə torpaq yeyir?

25 İyul 2017 17:45

Bəzən ətrafımızda torpaq, daş, şüşə, sabun və sair kimi maddələri yeyən insanlara rast gəlirik. Hətta bu qəribə davranış uşaqlar arasında daha çox yayılıb. Ailem.az bununla bağlı məqamlara aydınlıq gətirmək üçün türkiyəli həkim Mine Elagöz Yüksəlin fikirlərini  təqdim edir.

Azərbaycanda su, torpaq və havada çirklilik səviyyəsi açıqlandı

25 İyul 2017 17:29

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında respublika ərazisində su, torpaq və аtmоsfеr hаvаsından götürülmüş nümunələr üzərində analizlər aparılıb, həmçinin hava hövzəsində rаdiоаktibv çirklənmə üzrə müşаhidələr keçirilib.

İki nəfəri qətlə yetirən cani 7 il zooparkda gizlənib

25 İyul 2017 17:27

Avstraliyada 2 insanı öldürəndən sonra polisdən qaçaraq gizlənən cinayətkar aparılan uzunmüddətli axtarışlar nəticəsində 7 il sonra heyvanat bağçasında tapılıb.

Qurd ürəyi yeyən qız: 40 nəfəri zorlayaraq öldürən kişi ilə evləndi – ŞOK HADİSƏ

25 İyul 2017 17:15

Yaroslavlın gənc sakini ukraynalı manyak Sergey Tkaçla ailə qurub. Bu barədə məlumatı Ukrayna telekanalı TSN yayıb. Gənc qız 40 yetkinlik yaşına çatmayan qızı zorlayaraq qətlə yetirən və buna görə ömürlük məhkum olunmuş Sergey Tkaçdan uşaq da dünyaya gətirib...