Oğuz sakini həmyerlisini güllələyib
Oğuz rayonunda güllələmə hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, iyulun 24-də Oğuz rayonunun Yaqublu kəndində kənd sakini Ramil Namazov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Laçın İsayevin döş nahiyəsinə xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən L.İsayevin vəziyyəti ağırdır.
25 İyul 2017 17:57 KriminalOğuz rayonunda güllələmə hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyulun 24-də Oğuz rayonunun Yaqublu kəndində kənd sakini Ramil Namazov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Laçın İsayevin döş nahiyəsinə xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən L.İsayevin vəziyyəti ağırdır. Oğuz RPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Namazov tutulub.