Moskva Paşinyana iki şərt irəli sürəcək
22:22 SiyasətRusiya dekabrın 3-də Moskvada keçiriləcək görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyana 2 şərt irəli sürməyi planlaşdırır.
Trend bildirir ki, "Past" qəzetinin mənbələrinə istinadən yaydığı məlumata görə, Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Paşinyanla Ermənistana tədarük olunan enerji daşıyıcılarının hazırkı qiymətlərinin saxlanılmasını müzakirə edəcək.
Moskvanın qiymətləri sabit saxlaması üçün İrəvandan Avropa İttifaqına üzvlük prosesinə başlamaq haqqında qanunu ləğv etməyi və "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu"nun (TRIPP) mühafizəsini Rusiya sərhədçilərinə həvalə etməyi tələb ediləcəyi iddia olunur.
Qəzetin iddiasına görə, Moskva bu iki şərtin yerinə yetirilməsini Ermənistan-Rusiya münasibətlərinin normallaşması üçün də vacib hesab edir.
Qeyd edək ki, Ermənistanın Baş naziri dekabr ayında Rusiyaya üç işgüzar səfər etməyi planlaşdırır.