Gündəm

Sumqayıt yolundakı dəhşətli qəza ilə bağlı DAHA BİR FAKTIN ÜSTÜ AÇILDI

25 İyul 2017 18:53

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Namiq Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Tibbdə yenilik: Ana bətnində İİV-ə yoluxan uşaq tam sağaldı

25 İyul 2017 18:52

Ana bətnində İİV virusuna yoluxan uşaq tam sağalıb. Cənubi Afrikada 2007-ci ildə doğulan uşaqda İİV virusu aşkarlanıb. Uşaq 9 həftəlik olandan ona antiretrovirus müalicə tətbiq edilib. 31 həftə bu cür müalicə qəbul edən uşağın bədənində virus aşkarlanmayıb. Johannesburqdakı Perinal İİV Araşdırma Mərkəzi alimlərinin məlumatına görə, doqquz yaşına qədər dəfələrlə müayinə edilən uşağın bədənində virus qeydə alınmayıb. Bu uşaq oxşar müalicə ilə tam sağalan ikinci şəxsdir.

19 yaşlı stilist rəfiqəsi ilə boğazları kəsilmiş vəziyyətdə tapıldı

25 İyul 2017 18:50

İngiltərədə Hindistan əsilli müsəlman qız Seline Dookhran ərəb bir kişi ilə əlaqə yaşamağa başladığı üçün faciəvi şəkildə öldürülüb. Bir milyon yarım funt dəyərində lüks bir villada cəsədi tapılan qızın dəfələrlə təcavüzə uğradığı, boğazı yuxarıdan aşağıya doğru yarılaraq öldürüldüyü bildirilir.

6 qazaxıstanlı tələbə Misirdə itkin düşdü

25 İyul 2017 18:48

Qazaxıstanın 22-24 yaşlı altı vətəndaşı dil kurslarında təhsil almaq üçün Misirə gedib və yoxa çıxıb. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov məlumat verib.Belə ki, Abılay xan adına Universitetin iki magistrantı  iyulun 11-də iki aylıq dil kurslarını keçmək üçün Qahirəyə gəlib. "İyulun 20-də onlarla əlaqə kəsilib. 1993-1995-cu il təvəllüdlü cavanların altısı da itkin düşüb", - A.Jaynakov bildirib.

İş adamı villasında intihar etdi: övladlıqdan çıxarılıbmış

25 İyul 2017 18:46

Antalyada taxta-şalban və içki ticarəti ilə məşğul olan 34 yaşlı Osman Borazanoğlu tək başına yaşadığı villasında ölü olaraq tapılıb. Övladlıqdan çıxarıldığı deyilən Borazanoğlunun tapançayla özünü vurduğu məlum olub.

Ronaldu: "Hər il onlardan daha yaxşı olmağa çalışıram"

25 İyul 2017 18:44

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldu ulduz futbolçularla rəqabətdən motivasiya aldığını bildirib. Portuqaliyalı ulduz bunu sağlam rəqabət adlandırıb.

Xalq artistinin səhhətində problem yarandı - Türkiyədə gizlin müalicə olunur

25 İyul 2017 18:41

Xalq artisti Yalçın Rzazadənin səhhətində problemlər yaranıb. Dərdinə Bakıda çarə tapmayan sənətkar Türkiyəyə üz tutub. O, iki həftədən çoxdur ki, xəstəxanalarin birində ayağına görə müalicə olunur.

Parkda ağacları kəsərək yerində kafe tikintisi ilə bağlı RƏSMİ AÇIQLAMA

25 İyul 2017 18:40

24 iyul 2017-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısındakı parkda ağacları kəsərək yerində kafe tikintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Maradona: "Yeni sistem tətbiq edilsəydi, "tanrının əli" də olmayacaqdı"

25 İyul 2017 18:38

Dünya futbolunun canlı əfsanələrindən olan Diyeqo Maradona FİFA mətbuat xidmətinə videotəkrarlardan istifadə ilə bağlı fikirlərini açıqlayıb. Maradona 1966-cı il dünya çempionatının finalında həmyerlimiz Tofiq Bəhramovun qolu hesaba almasını da səhv qərar kimi qiymətləndirib.

Azərbaycan XİN Pakistandakı terror aktını pislədi

25 İyul 2017 18:36

Azərbaycan Pakistanın Lahor şəhərində törədilən terror aktını pisləyir və həlak olanların və yaralıların ailələrinə, həmçinin bütün qardaş Pakistan xalqına dərin başsağlığı verir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilən bəyanatda deyilir.

Azərbaycan Prezidenti Liberiya Prezidentini təbrik edib

25 İyul 2017 18:34

Azərbaycan Prezidenti İlham Əliyev Liberiya Prezidenti Ellen Conson-Serlifə təbrik məktubu göndərib.

İlham Əliyev Maldiv Prezidentini təbrik edib

25 İyul 2017 18:32

Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu göndərib.

ABŞ-dakı erməni mafiyasının gizlinləri - DOSYE

25 İyul 2017 18:27

"Erməni Gücü" - "Armenian Power" adlı kriminal birləşmə ilə bağlı yeni faktlar məlum olub. Kriminal birləşmə Los-Anceles və onun ətrafında yeni erməni mühacirlər hesabına formalaşıb. Qruplaşma 1980-ci illərdə yaradılıb. 1988-ci ildə iyirmi quldur Şərqi Hollivudda mini-marketlərin birinin yanında özünə avtomobil dayanacağını alır və buranı özlərinin qərargahı elan edirlər. Artıq 1997-ci ildə "Armenian Power"un üzvləri onlarla qətl törədir.2000-ci ilin əvvəlində kriminal Latın Amerikası dəstəsinin üzvləri ilə "Armenian Power" arasında münaqişə yaranır. "Erməni gücü"nün banilərindən biri Armen Petrosyan (Qaradinməz) 2000-ci il mayın 22-də "Vayt Fens" adlı Latın Amerikası dəstəsinin üzvü Xose Arqueta tərəfindən güllələnir. 

Azercell-dən məktəblilər üçün pulsuz “Coding Kids – Summer IT School” layihəsinə başlanılıb

25 İyul 2017 18:26

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin PAŞA Bankın dəstəyi ilə həyata keçirdiyi “Coding Kids – Summer IT School” layihəsinin dərsləri artıq başlayıb. Proqram çərçivəsində 170 müraciət qeydə alınıb və imtahanlardan uğurla keçən 50 məktəbli layihədə iştirak etmək hüququ qazanıb. Məktəblilər üçün nəzərdə tutulan “Coding Kids – Summer IT School” layihəsi uşaqlara oyun və əyləncədən əlavə kompüter və telefonlardan istifadənin digər faydalı imkanları olduğunu izah edir. Mərkəzin təqdim etdiyi kodlaşdırma təlimləri vasitəsilə uşaqlar yeni dünya ilə tanış olmağa başlayıblar. Uşaqlara 6 həftə ərzində İnformasiya Texnologiyalarına və Kompüter elmlərinə giriş, Kodlaşdırma Texnikası, Mobil Tətbiqlərin Yazılması, Verilənlər Bazası, C++ Proqram dilinin öyrənilməsi və digər maraqlı mövzular tədris edilir. 

ABŞ donanması İran gəmisinə atəş açdı

25 İyul 2017 18:23

ABŞ donanması İrana xəbərdarlıq atəşi açıb. Bunu AFP xəbər agentliyinə ABŞ-lı bir hərbi səlahiyyətli məlumat verib.