İlham Əliyev Maldiv Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu göndərib.
25 İyul 2017 18:32 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Maldiv Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu göndərib.
Məktubda deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və rifah diləyirəm". AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31