İş adamı villasında intihar etdi: övladlıqdan çıxarılıbmış

Antalyada taxta-şalban və içki ticarəti ilə məşğul olan 34 yaşlı Osman Borazanoğlu tək başına yaşadığı villasında ölü olaraq tapılıb. Övladlıqdan çıxarıldığı deyilən Borazanoğlunun tapançayla özünü vurduğu məlum olub.

Antalyada taxta-şalban və içki ticarəti ilə məşğul olan 34 yaşlı Osman Borazanoğlu tək başına yaşadığı villasında ölü olaraq tapılıb. Övladlıqdan çıxarıldığı deyilən Borazanoğlunun tapançayla özünü vurduğu məlum olub.  Hadisə bu gün səhər saatlarında baş verib. Son günlərdə işlərinin pis getdiyi bildirilən Osman Borazanoğludan xəbər ala bilməyən bir dostu qaldığı villaya gedib. İntihar faktını onun aşkarladığı deyilir. Faktla bağlı araşdırma aparılır. Milli.az Milliyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31