6 qazaxıstanlı tələbə Misirdə itkin düşdü

Qazaxıstanın 22-24 yaşlı altı vətəndaşı dil kurslarında təhsil almaq üçün Misirə gedib və yoxa çıxıb. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov məlumat verib.Belə ki, Abılay xan adına Universitetin iki magistrantı  iyulun 11-də iki aylıq dil kurslarını keçmək üçün Qahirəyə gəlib. "İyulun 20-də onlarla əlaqə kəsilib. 1993-1995-cu il təvəllüdlü cavanların altısı da itkin düşüb", - A.Jaynakov bildirib.

Onun sözlərinə görə, qazaxıstanlı diplomatlar gənclərin axtarışına başlayıblar. Qazaxıstan səfirliyi Misir Xarici İşlər Nazirliyinə onların yerlərinin təyin edilməsində yardım göstərilməsi xahişi ilə nota göndərib. Virtualaz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31