Gündəm

Yeni “Firefox” versiyası eyni anda 1500-dən çox tab-vərəqə açır

25 İyul 2017 19:58

İnternet brauzer tərtibatçıları daim məhsulların optimallaşdırılmasını təkmilləşdirərək saytların operativ yaddaşdan istifadəsini azaltmağa, enerji səmərəliliyini və yüklənmə sürətini artırmağa çalışırlar. Bu yaxınlarda keçirilən müstəqil testdən məlum olub ki, “Chrome”, “Edge”, “Opera” və “Firefox” brauzerlərinin avtonom iş vaxtı təxminən eynidir. Lakin “Mozilla” şirkətinin “Firefox” brauzerinin son versiyalarında operativ yaddaşdan istifadəni dəfələrlə azaltmağa nail olması bildirilir. Belə ki, “Firefox” tərtibatçısı Ditrih Ayala brauzerin müxtəlif versiyaları ilə bir sıra testlər keçirərək eyni anda 1 691 tab-vərəqə açıb.   “Firefox”un hazırkı 54-cü versiyası əvvəlki versiyalar kimi qənaətbəxş məhsuldarlıq və optimallaşdırma göstəriciləri nümayiş etdirmir. Lakin hazırda beta test mərhələsində olan 55-ci və yeni 56-cı versiya hər iki parametr üzrə böyük irəliləyiş edib.  

Yeni bilərzik sükan arxasında yuxulamanın qarşısını alacaq

25 İyul 2017 19:53

Hər il yollarda sürücülərin sükan arxasında yorulması səbəbindən 300 mindən çox qəza baş verir. Qəzaların təqribən 25 faizində sürücülərin yuxulaması faciəli nəticələrə səbəb olur. İldə sükan arxasında yuxuya getməyə görə 30 mindən çox insan həyatını itirir. Məhz bu səbəbdən Latviyanın “Creative Mode” şirkəti “STEER” bilərziyi layihəsini həyata keçirmək qərarına gələrək onu “Kickstarter” vəsait toplama saytına çıxarıb.   Kiçikölçülü qurğu sürücülərin yorulma zamanı yuxulamalarının qarşısını alaraq özlərinin və ətrafdakı insanların həyatını avtomobil qəzası təhlükəsindən qorumağa imkan verəcək.  

Günəş enerjisi ilə işləyən elektromobil 800 km məsafə qət edəcək

25 İyul 2017 19:45

Niderlandın “Lightyear” şirkəti elektrik enerjisi ilə işləyən və günəş enerjisini hərəkət zamanı toplayan “One EV” adlı elektromobil yaradıb.  Mütəxəssislərin sözlərinə görə, elektrik avtomobilin sınaqlarının 2018-ci ildə başa çatacağı gözlənilir, bazara çıxarılması isə 2019-cu ilə planlaşdırılır. Günəşli günləri çox olan ölkələrdə yaşayan “One EV” sahibləri ondan aylarla istifadə etməklə kənar enerjidoldurma stansiyasına qoşmayacaqlar. Elektromobilin akkumulyator tutumu 130 kilovat/saat təşkil edir ki, bu da günəş enerjisi toplamadan 644 km məsafəni qət etməyə kifayət edir. Hərəkət zamanı enerji toplamaq imkanı sayəsində isə avtomobil dayanmadan 800 km məsafəni qət edə biləcək. Nəqliyyat vasitəsində istifadə olunacaq akkumulyator batareyalarının tipi barədə məlumat verilməsə də, onların “Tesla” modellərində istifadə edilən batareyalara oxşar olacağı gözlənilir. 

“Paint” redaktorundan istifadə davam edəcək

25 İyul 2017 19:36

“Microsoft” korporasiyası “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçilərinin gələcəkdə də “Paint” qrafik redaktor funksiyasından yararlana biləcəklərini açıqlayıb.     “Windows Store” əlavələr mağazasına köçürüləcək proqramı pulsuz yükləmək mümkün olacaq. Redaktor funksiyasının bir hissəsi bu ilin yazında “Windows 10” sistemində istifadəyə verilən həcmli modellərlə iş üzrə “Paint 3D” proqramına köçürüləcək.   Qeyd edək ki, iyulun 24-də “Microsoft” korporasiyası ilk dəfə 1985-ci ildə təqdim edilən “Paint” qrafik redaktorunun dəstəklənməsini dayandıracağını bəyan edib. 

Qabaqcıl “Samsung” smartfonları qoşa kamera ilə təchiz ediləcək

25 İyul 2017 19:34

“Samsung Electronics” şirkəti qoşa kamera ilə təchiz edilən qabaqcıl smartfon modellərinin buraxılışına başlamağı planlaşdırır. Bu barədə “Shinhan Investment” investisiya şirkətinin analitiki Park Heq U məlumat verib. Məlumata görə, “Samsung Electro-Mechanics” bölməsi cari ilin ikinci yarısından etibarən qabaqcıl “Samsung” smartfonları üçün qoşa kamera modullarının tədarükünə start verəcək.   “Samsung Galaxy Note 8” qurğusunun kamerası 12 meqapikselli enlibucaqlı modula və 13 meqapikselli telefoto moduluna malik olmaqla birlikdə üçqat optik zummeri təmin edəcək. Gələcək “Galaxy S9” və “Note 9” modellərinin də qoşa kamera ilə təchiz ediləcəyi gözlənilir.   Xatırladaq ki, “Galaxy Note 8” Cənubi Koreya istehsalçısının ilk qoşa kameralı smartfonu olacaq. Şirkət rəsmən təsdiq edib ki, smartfon avqustun 23-də Nyu-Yorkda keçiriləcək tədbirdə təqdim ediləcək. Satışlara bir ay sonra başlamaq planlaşdırılır.  

Yeni hücum tipi yayılıb

25 İyul 2017 19:27

Kiçik və orta biznes seqmentində İT xərcləri 680 milyard dollara çatacaq

25 İyul 2017 19:24

“International Data Corporation” (IDC)  şirkəti yaxın illər üçün kiçik və orta biznes seqmentində informasiya texnologiyaları (İT) xərclərinin həcmi üzrə proqnoz açıqlayıb.   Tədqiqatda aparat təminatı (fərdi kompüterlər, serverlər, şəbəkə avadanlığı və s.), proqram təminatı, eləcə də müxtəlif servislər (o cümlədən biznes sinfi) üçün xərclər nəzərə alınıb. Burada söhbət ümumi ştatı 1000 nəfərdən çox olmayan şirkətlərdən gedir.  

Gözləriniz sağlamlığınız haqda nə deyir? - Bunları bilmək VACİBDİR

25 İyul 2017 19:15

Deyim var ki, gözlər qəlbin aynasıdır. Bütün duyğularımızı, sirli arzularımızı məhz gözlərimiz ələ verir. Sən demə, gözlər həm də vücudumuzun aynasıdır. Mütəxəssislər düşünür ki, xəstəliklərimizin əlamətlərini anlamaq üçün artıq həkimə ehtiyac qalmayacaq.

Alimlər: Hər insanın gündə 2,5 litr suya ehtiyacı var

25 İyul 2017 19:10

Tədqiqatlar göstərir ki, gün ərzində içilən suyun miqdarına görə hər iki nəfərdən biri orqanizmini susuz qoyur, yüngül susuzlama yaşayır. Orqanizmdə su azlıq təşkil etdikdə qan qatılaşır və bu da orqanlara oksigen və qida maddələrinin az miqdarda daxil olmasına gətirib çıxarır. Alimlərə görə, insan bədəninin 2/3-si sudan ibarət olduğu halda, biz çox az su içirik. Odur ki, hər bir insanın özünü yaxşı hiss etməsi üçün gündə 2,5 litr suya ehtiyacı vardır.

Elmar Məmmədyarov: Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasından daim boyun qaçıra bilməz

25 İyul 2017 19:08

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici siyasət idarəsinin başçısı Peter Siyatro ilə birgə mətbuat konfransında əsasən “Cənub Qaz Dəhlizi” layihəsində Macarıstanın iştirakı ətrafında gedən danışıqların gedişindən danışıb. Nazir Ermənistanla danışıqlar prosesində mümkün irəliləyiş barədə AZƏRTAC-ın xüsusi müxbirinin sualına cavabında təəssüflə bildirib ki, ermənistanlı həmkarı Edvard Nalbandyanla Brüsseldə baş tutan görüşündə Ermənistanın substantiv danışıqlar məcrasına keçəcəyi barədə onun tərəfindən heç bir işarə görməyib.

İsa Həbibbəyli: Elm sahələri arasında qarşılıqlı əlaqələrin sintezi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur

25 İyul 2017 19:06

“Azərbaycan Milli Elmlər Akademiyasında elm sahələri arasında qarşılıqlı əlaqələrin sintezi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur”. Bu fikri AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Xəbərdarlıq: Mobil telefonları arxa cibinizdə gəzdirin!

25 İyul 2017 19:05

Gündəlik həyatımızın ən önəmli bir parçasına çevrilən mobil telefonların həyatımızı nə qədər asanlaşdırdığı danılmaz bir faktdır, lakin ABŞ-ın Kaliforniya Universitetində aparılan araşdırmalar göstərib ki, mobil telefonların xeyiri qədər ziyanı da mövcuddur.

Sevinc Fətəliyeva MDİ-nin nümayəndəsi ilə görüşüb

25 İyul 2017 19:04

İyulun 25-də YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Mərkəzçi Demokratlar İnternasionalının Avrasiya və Sakit okean regionu üzrə koordinatoru və Yeni üzvlüklər Komitəsinin vitse-prezidenti Sezar Rosello ilə partiyanın mənzil-qərargahında görüşüb. “Olaylar” xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası ilə Mərkəzçi Demokratlar İnternasionalı arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. .

Kişilər qadınlarda nəyə aşiq olur? Bürclərə görə XARAKTERİSTİKA

25 İyul 2017 19:00

Kişinin aşiq olması üçün qadının xarici görünüşü nə dərəcədə rol oynayır? Ümumiyyətlə, kişilər qadınları hansı xüsusiyyətlərinə görə sevir? Ailem.az bürclərə görə kişilərin qadınlarda bəyəndiyi xüsusiyyətlər barədə danışacaq.

Şri-Lankada dəhşətli qızdırma: 300 ölü

25 İyul 2017 18:56

Şri-Lankada denqe qızdırması qurbanlarının sayı 300-ü keçib. Bu barədə ölkədə fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaçın nümayəndəsi bildirib. Daha öncə ölkədə 68 min nəfərin bu dəhşətli qızdırma virusuna yoluxduğu, yoluxma hallarından 205 faktın ölümlə nəticələnməsi barədə xəbər verilmişdi.