Qax rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb- ÖZƏL
12:11 SosialQax 1 saylı mediasiya təşkilatının "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Qax 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki, Qax rayonu üzrə vətəndaşlar 30 sentyabr 2026-cı ildən etibarən Qax 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Qax 1 saylı mediasiya təşkilatının məlumatları:
Təşkilatın direktoru: Rəcəbova Türanə Qasım qızı
Ünvan: Qax şəhəri, Azərbaycan prospekti 26, Ev 26, m.1
Telefon: +994 (55) 289 04 95
E-mail: [email protected]
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31