Gündəm
ABŞ Ermənistana maliyyə yardımını azaltdı
ABŞ 2018-ci il üçün Ermənistana 6.2 milyon dollar maliyyə yardımı ayırıb. Bu haqda Amerika Erməni Assambleyasının rəsmi saytında bildirilib. ABŞ Ermənistana 2016-cı ildə 20.4 milyon dollar məbləğində yardım ayırmışdı. Görünən budur ki, ABŞ 2018-ci il üçün Ermənistana maliyyə yardımını 3 dəfədən çox azaldıb.
Fransada meşə yanğınları yaşayış məntəqələrinə çatdı - 10 min adam təxliyə edildi
Ötən gün Fransanın cənub-şərq ərazilərinda başlayan güclü yanğınlar gecə saatlarında yaşayış məntəqələrinə doğru irəliləyib.
"Avroviziya -2018"-in yeri bəlli oldu
"Avroviziya-2018" mahnı müsabiqəsi Lissabonda keçiriləcək. Müsabiqə Portuqaliyanın paytaxtında mayın 8, 10 və 12-ində keçiriləcək. Həmçinin sayta müsabiqəyə həsr olunmuş rolik də yerləşdirilib. Xatırlıadaq ki, "Avroviziya-2017" nin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral idi. O, "Amor Pelos Dois" mahnısı ilə çıxış etmişdi.
Azərbaycanlı alimin yeni patenti çap olunub
Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun yeni patenti (ixtirası) nəşr edilib (WIPO publication number: WO2017081520 A1). Akademiyadan "Olaylar" - a bildirilib ki, bu mühüm ixtira ilk dəfə olaraq bitki expresiya sistemi də daxil olmaqla bütün eukariotik zülal expresiya sistemlərində rekombinant zülalların (vaksinlərin, terapevtik zülalların, sənaye enzimlərinin, təbii aditivlərin və s.) hüceyrə daxilində, N-glukozilləşmə saytında aminturşu dəyişməsi baş vermədən təbii və şəkərsiz (N-glykozasiz) formada sintez edilməsi texnologiyasının yaradılmasından ibarətdir.
ADU-da Yay məktəbi uğurla davam edir
Azərbaycan Dillər Universitetində 2016-2017-ci tədris ilinin Yay məktəbi öz işini uğurla davam etdirir. Universitetdən “Olaylar” – a bildirilib ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın qərarına əsasən ödənişsiz təşkil olunan builki yay semestrində mühüm yeniliklər tətbiq olunub. ADU-nun Tələbə qəbulu və tələbə qeydiyyatı Mərkəzinin direktoru Rəna Fərəcovanın sözlərinə görə, bu yay semestrində ilk dəfə olaraq həm də onlayn şəkildə qeydiyyat aparılıb: “Onlayn qeydiyyat universitetimizdə ilk dəfə tətbiq olunub və bu, rayonlarda olan tələbələrin daha rahat və operativ qeydiyyatdan keçmələrinə şərait yaradıb”.
Şəki halvası “Euronews” telekanalında
“Euronews” telekanalının “Postcards” proqramı Şəki halvası barədə süjet yayımlayıb. Süjetdə Şəki halvasının hazırlanmasından, özünəməxsus dadından söhbət açılır. Verilişin aparıcısı Avrora Velezin sözlərinə görə, əsl halvanı yalnız Azərbaycanda dadmaq mümkündür və hər regionun öz resepti var. Ən dadlı halva Şəkidə hazırlanır. Ağzının dadını bilən adam Şəki halvasına biganə qalmaz. Aparıcının həmçinin bildirir ki, Şəkidə halvanın resepti açıqlanmır. Bu resepti yalnız 200 ildir nəsillikcə halva hazırlayanlar bilir və el arasında onlara “halvaçı” deyilir.
Nazirlik araşdırdı
İyulun 24 - də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Badamdar qəsəbəsi, Badamdar şossesi 7 saylı binanın qarşısındakı parkda ağacları kəsərək yerində kafe tikintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Nazirlikdən "Olaylar" - a bildirilib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda qeyri-yaşayış obyektinin ətrafının dəmir lövhələrlə hasarlandığı, söküntü işlərinin aparıldığı, hasar daxilində bioloji inkişafda olan yaş köküstə müxtəlif cinsli 30 ədəd ağac və 68 ədəd həmişəyaşıl kol olduğu müyəyyən edilib, kəsinti faktı aşkar olunmayıb.
İran hərbi gəmisinə atəş açıldı
ABŞ-a məxsus hərbi gəmi Fars körfəzində İran Hərbi Dəniz Qüvvələrinin gəmisinə xəbərdarlıq atəşi açıb. Radio və yüksək səsli xəbərdarlıq siqnallarına məhəl qoymayan gəmi ABŞ-ın hərbi gəmisinə 137 metr yaxınlaşıb. Buna cavab olaraq, ABŞ gəmisi ona tərəf xəbərdarlıq atəşi açıb.
Meksikada atışma
Meksikanın Kordoba şəhərində barın qarşısında atışma baş verib. Cinayətkarlar bardan çıxan nəqliyyat şirkəti əməkdaşlarına atəş açıblar. Atışma nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda iki şübhəli şəxs saxlanılıb.
Modelyerin növbəti kitabı işıq üzü gördü
Milli Geyim Mərkəzinin və Moda Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Azərbaycan musiqi qruplarının geyim ənənələri” adlı kitabı işıq üzü görüb. Elmi-metodik vəsaitdə tarixi inkişafın müxtəlif dövrlərində Azərbaycanda yaranan peşəkar rəqs ansambllarının, habelə özfəaliyyət və uşaq rəqs qruplarının milli geyim növləri, onların inkişaf xüsusiyyətləri diqqət mərkəzinə gətirilir. Kitab Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Elmi Şurası tərəfindən təqdir olunub. Kitabın elmi redaktoru sənətşünaslıq üzrə elmlər doktoru Sevil Sadıxova, rəyçisi isə sənətşünaslıq üzrə elmlər doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Kübra Əliyevadır.
Təyyarədə bomba həyəcanı
İstanbuldan Kasablankaya uçan "Turkish Airlines" aviaşirkətinə məxsus təyyarə göyərtəsinə bomba qoyulması barədə xəbərə görə Əlcəzair hava limanına təcili eniş edib. Təyyarədəki sərnişinlər yerə enən kimi təxliyyə olunub. Təyyarəni yoxlayan polis əməkdaşları göyərtədə hər hansı bir partlayıcı maddənin aşkar olunmadığını bildiriblər.
Ankaraya 5 ŞƏRT
Aİ-nin Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi üçün Ankara, əvvəlki kimi, 5 şərti icra etməlidir. Bunu Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan deyib. “Biz həmçinin viza liberallaşmasını müzakirə etdik. Siqnalımız aydındır: Türkiyə qalan şərtləri icra etdikdən sonra biz də öz öhdəliklərimizi reallaşdıracağıq. Sonuncu, amma çətin olan bu məsələnin həllində Türkiyəni dəstəkləməyə hazırıq. Söhbət 72 şərtdən 5-dən gedir”, - deyə Y.Xan qeyd edib.
Eldar Qasımov: "Pula görə evlənir, 6 ay sonra da boşanırlar"
“Hələ ki, həyatımda heç kim yoxdur. Ancaq özümü sevirəm. Kimsə toy üstündə piar edib, pul qazana bilər. Toy edirlər ki, pul qazansın, yarım ildən sonra da boşanırlar”. Bu sözləri müğənni Eldar Qasımov “Lider maqazin”ə açıqlamasında deyib.
Rihanna Makronla görüşə gəlir: MARAQLI SƏBƏB
Rihanna dünyanı gözəlləşdirmək uğrunda səylə çalışan incəsənət nümayəndələrindən biridir. Müğənni artıq bir neçə ildir ki, “Global Partnership of Education” (Qlobal Təhsil Tərəfdaşlığı) xeyriyyə təşkilatının səfiridir. Təşkilatın əsas məqsədi inkişaf etməkdə olan dövlətlərdə uşaqlar üçün keyfiyyətli təhsil sistemini təmin etməkdir.
Məşhurlarımız istirahətə nə qədər pul xərcləyir? - 20 min
Şou-biznes nümayəndələri bu dəfə getdikləri istirahətdən və xərclədikləri pullardan danışıb. Məşhurlarımız "Lider maqazin"in "Harada istirahəti sevirsiniz? Dincəlməyə ən çox nə qədər pul xərcləmisiniz" suallarına belə cavab veriblər:






.jpg)







