Gündəm
GİN bu gün dünya səviyyəsində tanınmağa nail olub
“26 iyul Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yarandığı gündür. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycan gəncliyi üçün yaratdığı ən böyük reformalardan biri də bizim nazirlikdir”.
Avtomobil yolları tikinti norma və qaydalarına uyğun salınır
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni tikilən, yenidən qurulan və bərpa olunan bütün avtomobil yollarında işlər tikinti norma və qaydalarına uyğun olaraq aparılır. Səhmdar Cəmiyyətin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, avtomobil yollarında tikintinin dövlət standartlarına, norma və qaydalarına uyğun olaraq aparılması cəmiyyətin "Azəryolelmitədqiqatlayihə" İnstitutu, həmçinin 2015-ci ildən imzalanmış müqaviləyə əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi tərəfindən yoxlanılır.
91 yaşında gözəllik müsabiqəsinin qalibi oldu
91 yaşındakı Kristina Farley ABŞ-ın Connecticut əyalətində keçirilən yaşlılarınqatıldığı MsConnecticut SeniorAmerica gözəllik yarışmasının qalibi olub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Kristina Farley "Dərim gözəl olduğu üçün makiyaj etmirəm, yalnız dodaq boyasından istifadə edirən” – deyib. Farleyin olduqca maraqlı və çətin həyat hekayəsi olub.
Terror təşkilatı Rusiyaya yalvardı: “Bizi məhv edəcəklər”
Yay aylarının gəlməsi ilə birlikdə Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı təşkil etdiyi əməliyyatların sayı artıb. Bununla bağlı olaraq təşkilat rəhbərləri Rusiyaya müraciət ediblər.
Çində Azərbaycanı layiqincə təmsil edən ADU tələbəsi
Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbəsi Ayan Kərimova hazırda Çinin Uxan Universitetində təhsilini davam etdirir. O, həmin şəhərdə keçirilən “Sakura” adlı Beynəlxalq Rəsm Sərgisi müsabiqəsində fərqləndirici sertifikata layiq görülüb. Universitetdən “Olaylar” – a bildirlib ki, ənənəvi olaraq hər il Uxanda keçirilən festivalda müsabiqə iştirakçılarının yağlı və sulu boya ilə işlənmiş rəsm əsərləri, fotoşəkilləri nümayiş olunub. Müsabiqədə 60-dan çox ölkəni təmsil edən tələbələr iştirak edib.
ABŞ BMT-nin Təhlükəsizlik Şurasını sərt tənqid etdi
İsrail dövlətinin Məscidi-Aksada ibadət etmək istəyən müsəlmanlara tətbiq etdiyi terror sanksiyaları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılıb. Müzakirə zamanı ABŞ təmsilçisi Nikki Haley şuranın müzakirə mövzusuna sərt reaksiya verib. N.Haley BMT-nin hər ay təşkil etdiyi “Fələstin daxil olmaqla, Yaxın Şərqdəki hadisələr” toplantılarını sərt tənqid edib.
Naxçıvanda fəaliyyət göstərən yerləşdirmə obyektlərinin və turizm şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yerləşdirmə obyektlərinin və turizm şirkətlərinin rəhbərlərinin görüşü keçirilib.
İƏT Gənclər Forumu Qüds şəhərini İslam Dünyasının Gənclik paytaxtı elan etdi
Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “İslam Dünyası Gənclik Paytaxtı” beynəlxalq proqramının seçim komissiyası, 2018-ci il üçün Qüds şəhərini “İslam Dünyasının Gənclik Paytaxtı” seçib.
UNEC-dən magistrlərə Avropa diplomu qazanmaq imkanı
UNEC ilə Avropanın nüfuzlu ali təhsil müəssisələrindən olan Mikolos Romeris Universiteti (MRU) arasında magistratura səviyyəsində ikili diplom proqramının şərtləri müəyyənləşib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, proqrama “Maliyyə bazarları”, “Maliyyə menecmenti” və “Maliyyə nəzarəti və audit” ixtisasları üzrə təhsil alan, bakalavr dərəcəsi üzrə akademik göstərici – 80 baldan yuxarı olan və ingilis dili biliyi ən azı B2 səviyyəsində olan şəxslər müraciət edə bilərlər.
Ermənilər 128 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ermənistanda qubernatorun itkin düşmüş müşavirinin öldürüldüyü məlum olub
Ermənistanın Armavir vilayəti qubernatorun itkin düşmüş müşavirinin meyiti tapılıb. Ermənistan polisi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən iyulun 26-na keçən gecə Dalarik kəndində meyit tapılıb.
“Nardaran işi” üzrə təqsirləndirilən sonuncu şəxslərin istintaqı yekunlaşıb
“Nardaran işi” üzrə təqsirləndirilən iki şəxsin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Vəkil Fariz Namazlının verdiyi məlumata görə, həbs olunan və hazırda istintaqı aparılan Elxan İsgəndərov cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Onunla birlikdə hazırda səhhətinə görə polisin nəzarəti altına verilən Əbülfəz Bünyatovun da işi məhkəməyə göndəriləcək. Vəkil cinayət işinin materialları ilə tanış olduğunu, yaxın günlərdə işin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyini deyib. Bildirib ki, bununla da “Nardaran işi” adlı cinayət işinin istintaqı tamamilə yekunlaşacaq.
50 min adam işıqsız qaldı
Kaliforniyanın San-Diyeqo şəhərində təqribən 50 minə yaxın adam işıqsız qalıb. Hadisə çərşənbə axşamı günortadan sonra baş verib. Yaşayış evlərində, məktəblərdə, müəssisələrdə kütləvi işıq kəsilmələrinə səbəb dələ olub.
ABŞ Konqresi Rusiya əleyhinə sanksiyalar üzrə qanun layihəsi qəbul etdi
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya, İran və Şimali Koreya əleyhinə sanksiyalar üzrə qanun layihəsi qəbul edilib. Sənədi 419 konqresmen dəstəkləyib, 3 nəfər əleyhinə səs verib. Hazırda Palatanın 435 səsvermə hüququna malik üzvü var.
Şərqin yeni vahiməsi: İŞİD-dən də təhlükəli terror təşkilatı yarandı
İsrail, Misir və Birləşmiş Ərəb Əmirliklərinin muzdlu qatili Məhəmməd Dəhlan Misir ərazisində 8 min nəfərlik terrorçu düşərgəsi qurub. Sinay yarımadasında qurulan düşərgədə terrorçular Türkiyə, Sudan, Liviya və Qətər başda olmaqla, Yaxın Şərqdə qarışıqlıq yaratmaq üçün üçün təlimləndirilir.














