Terror təşkilatı Rusiyaya yalvardı: “Bizi məhv edəcəklər”
Yay aylarının gəlməsi ilə birlikdə Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı təşkil etdiyi əməliyyatların sayı artıb. Bununla bağlı olaraq təşkilat rəhbərləri Rusiyaya müraciət ediblər.
26 İyul 2017 11:41 DünyaYay aylarının gəlməsi ilə birlikdə Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı təşkil etdiyi əməliyyatların sayı artıb. Bununla bağlı olaraq təşkilat rəhbərləri Rusiyaya müraciət ediblər. PKK terror təşkilatının liderlərindən olan Bese Hozat AKP və MHP-nin təşkilata qarşı ortaq mövqe sərgiləməsindən sonra üst-üstə açıqlamalar verib. O, Rusiyaya müraciət edərək bu partiyalara dəstək verməməsini istəyib. B.Hozat fürsətdən istifadə edərək rəsmi Moskvanı kürd birliyinin tərəfinə dəvət etməyi və Türkiyənin güvənsiz ölkə olduğunu deməyi də unutmayıb.
PKK Türkiyəyə hərbi yardımın dayandırılmaması təqdirdə tamamilə məhv ediləcəyini etiraf edib. Publika.az