Gündəm
"Lotu Quli"n daha bir qohumu MƏHKƏMƏ QARŞISINDA
Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Havanın temperaturu yenidən yüksəlir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 23-26° isti, gündüz 31-36° isti olacağı gözlənilir. Bakıda gecə 24-26° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55 % olacaq.
Azərbaycanda ilk lazer proyektoru Park Cinema-da
Park Bulvar ticarət və əyləncə mərkəzində yerləşən Park Cinema kinoteatrında ilk yeni nəsil lazer kinoproyektoru quraşdırılıb. Bu haqda “Olaylar” – a kinoteatrlar şəbəkəsinin Marketinq üzrə Direktoru Musa Axundov xəbər verib. Adi proyektordan fərqli olaraq, yeni nəsil lazerli proyektor dolğunluq yaradır və kontrastlığı artırır, beləcə izləyiciyə böyük ekranda maksimal dərəcədə daha aydın görüntü izləməyə imkan yaradır. Proyektorun kontrastlığı artırması filmin görüntüsünə qərq olmağa imkan yaradır, eyni zamanda çox parlaq və çox tünd rəngləri və hamar rəng keçidlərini əks etdirir.
Sağlamlıq imkanları məhdud gənclər peşə təliminə cəlb olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyə qədər 1 150 nəfər gənc peşə hazırlığı kurslarına cəlb olunub. Hazırda isə Mərkəzdə 105 nəfər gənc peşə təlimindədir.
"Beynəlxalq Bank işi" ilə bağlı materiallar DİN-ə göndərilib
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (DMNX) əməkdaşları 2017-ci ilin I yarısında Daxili İşlər Nazirliyinin məktubuna əsasən 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı 50 hüquqi və 5 fiziki şəxs üzrə aparılmış nəzarət tədbirlərini yekunlaşdırıb.
"Neftçi" Bundesliqa klubuna qarşı
Avstriyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ölkə xaricində ilk yoxlama matçına çıxacaq. "Ağ-qaralar" Avropanın tanınmış klublarından olan "Şalke" ilə üz-üzə gələcək.
Ermənistandan daha bir qorxu dolu bəyanat: Azərbaycanın silahları arasında...
Rusiya və Azərbaycan prezidentlərinin son görüşü barəsində Ermənistandakı çaxnaşma davam edir. Məsələ ilə bağlı növbəti açıqlama qondarama “DQR”-in Ermənistandakı daimi nümayəndəliyinin müşaviri Qarnik İsaqulyandan gəlib: “Putinin Azrbaycanla bağlı düşüncələrini bilmirik.
Abşeronda kütləvi qanun pozuntusu: Təhsil Nazirliyi məlumat yaydı
Təhsil Nazirliyi bu il ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə Abşeron rayonundan vakansiyaların təqdim edilməməsinə münasibət bildirib.
İndoneziya “ASAN xidmət” modelini seçdi
İyulun 26 – da Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziya Respublikasında səfərdə olub. Agentlikdən “Olaylar” – a bildirilib ki, səfər zamanı Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. İndoneziya Respublikasında dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi məqsədini daşıyan Memorandumu Azərbaycan tərəfdən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, İndoneziya tərəfdən bu ölkənin inzibati və bürokratik islahatlar naziri Asman Abnur imzalayıblar.
Azərbaycanın hələ də işə salmadığı MƏXFİ SİLAHI – Ermənistanın ən böyük QORXUSU
Son günlər Ermənistan mediasında Azərbaycanın məxfi silahının olması haqda müzakirələr gedir. Ermənistanda narahatlıq Azərbaycanın müdafiə naziri Zakir Həsənovun “RİA Novosti”yə müsahibəsində “Azərbaycanın “İskəndər”lərin qarşısını ala biləcək silahları var” açıqlamasından sonra başlanıb.
“Çudo Peçka”nın sahibi həbs olunub
Azərbaycan Respublikasında həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islaharların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.
"WhatsApp"da "blok"dan çıxmağın yeni üsulu
Dünyanın 1 nömrəli mesajlaşma platforması "WhatsApp"da "blok"dan çıxmağın metodu tapıldı. Bunun üçün 2 metod var. İlk üsul "WhatsApp" abunəliyini ləğv etməkdir. Abunə ləğv edilincə bütün qruplardan çıxış etmiş olursunuz. Bununla da sizi "blok" etmişlərin "qara sıyahı"sından çıxmış olursunuz. Digər üsul isə daha uzundur. Bu üsulu tətbiq etmək üçün isə etibar etdiyiniz 3 şəxsin olması şərtdir. Hətta bu adamların sizlə və sizi "blok" etmiş şəxslə yoldaş olması yaxşı olardı. Belə ki, həmin şəxslər yeni bir "WhatsApp" qrupu qurması və qrupa maneə törədən adamla maneə törədilən adamı əlavə etməsi lazımdır.
Əfqanıstanda hərbi bazaya hücum - 40 hərbçi öldürüldü
Əfqanıstanın Kandaqar vilayətində hərbi bazaya silahlı hücum olub. Yerli telekanal taliblərin hücumu nəticəsində azı 40 nəfər hərbçinin ölməsi barədə xəbər verib. Məlumata görə, hərbçilərlə taliblər arasında silahlı toqquşma 5 saat davam edib.
800-dən çox abituriyent yenidən imtahan verəcək
İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan 100-dən çox abituriyent iyulun 27-də keçiriləcək yeni imtahan üçün “imtahana buraxılış vərəqəsi”ni çap etməyib.
İxtisas seçərkən nələrə diqqət etməli?
Ali məktəblərə qəbul imtahanı başa çatıb və iyulun 29-dan ixtisas seçimi başlayır. Abituriyentləri ən çox narahat edən məsələ isə topladığı bala uyğun ixtisas seçimidir. Digər ixtisas qruplarında olduğu kimi Dövlət İmtahan Mərkəzi IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edib.














